Accessibility links

Honq Konqda etirazlar 12-ci həftəyə daxil olur


Bazar ertəsi Hong Kong polisi nümayişçiləri "etirazları eskalasiya etdirməkdə və qeyri-qanuni zorakılıq hərəkətlərində" günahlandırdığı bir vaxt, bir qrup demokratiya tərəfdarı qanunverici nümayişlərin 12-ci həftəsindəki qarşıdurmalardan sonra polis davranışının "tamamilə lazımsız" olduğunu bildirib.

Düşünürəm ki, məsuliyyət polisin üzərinə düşməlidir. Mənim müşahidə etdiyim budur.

Polis 36 nəfərin həbs edildiyini bildirib. Öz açıqlamasında polis deyir ki, etirazçılar polisə daş və başqa alətlər atdıqları zaman bir polisin yerə yıxılması 6 polisin silah çıxarmalarına səbəb olub. Zabitlərdən biri havaya xəbərdarlıq atəşi açmalı olub.

Millət vəkili Andryu Van polisin etirazçıları onsuz da bağlanmış bir yolu tutmasına təhrik etdiyini və həftələrdir davam edən etrazlar zamanı hökumət və polisin hərəkətlərinin xalq arasında nifrətə səbəb olduğunu deyib.

“Düşünürəm ki, məsuliyyət polisin üzərinə düşməlidir. Mənim müşahidə etdiyim budur," deyə Van bazar ertəsi mətbuat konfransında bildirib.

Minlərlə etirazçının böyük əksəriyyətinin bazar günü dinc yürüş keçirməsinə baxmayaraq, polis bəzən böyük qruplardan ayrılan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və güclü su şırnağından istifadə edib.

Nümayiş iştirakçılarından bəziləri polisə kərpic, taxta və dəmir parçaları ilə hücum edib və polis sürüşsün deyə, küçələrə paltaryuyan maye töküb.

İngiltərənin 1997-ci ildə Honq Konqun nəzarətini Çinə təhvil verməsindən bəri ilk dəfədir ki, belə bir miqyasda etirazlar müşahidə olunur.

Honq Konqlular Çinin o zaman tətbiq etdiyi "bir dövlət iki sistem" formulunun zəiflədiyini və hüquqlarının tapdandığını deyirlər.

XS
SM
MD
LG