Accessibility links

Honq Konqda etirazlar davam edir


A protester walks past graffiti reading "Restore Hong Kong" during a demonstration in Hong Kong, Saturday, Aug. 3, 2019.
A protester walks past graffiti reading "Restore Hong Kong" during a demonstration in Hong Kong, Saturday, Aug. 3, 2019.

Honq Konqda yenidən hökümət əleyhinə etirazlar keçirilir.

Bu nümayişlər ilk dəfə cinayətdə şübhəli bilinənləri mühakimə olunmaq üçün Çinə ekstradisiya edəcək qanun layihəsinə etiraz olaraq başlayıb.

Həmin qanun layihəsi təxirə salınıb, lakin etirazlar davam edir və demokratik islahat habelı Pekinin ərazi üzərində nəzarətini azaltmasına çağırışa çevrilib.

Bu nümayişlər sabiq Britaniya müstəmləkəsi 22 il öncə Çinə təhvil veriləndən bəri ada ölkədə baş verən ən pis sosial çaxnaşmadır.

Bu həftəsonu keçirilən etirazlardan əlavə Honq Konqda bazar ertəsi demokratik islahatlar tələbi ilə şəhər boyu tətilin olacağı gözlənilir.

Cümə günü dövlət məmurları etirazçılara dəstəklərini nümayiş etdirmək üçün ictimai parka toplaşıb.

XS
SM
MD
LG