Accessibility links

Honq Konqda kütləvi etirazlar zamanı polislə qarşıdurma olub


Honq Konq polisi bazar ertəsi səhər saatlarında Çinə ekstradisiya qanununa etiraz edən yüzlərlə nümayişçinin polis qüvvələri ilə toqquşmasından sonra etirazçıları həbs edib və ərazidən təmizləyib.

Yüz minlərlə insan cinayətdə şübhəli bilinənlərin Çin məhkəməsinə ekstradisiyasına imkan verəcək qanun layihəsinə etiraz etmək üçün bazar günü Honq Konq küçələrinə toplaşıb.

Hökümətin maliyyələşdirdiyi RTHK xəbər agentliyinin verdiyi məlumata görə, etiraz yürüşündən öncə polis rəisləri etirazçıları ictimai asayişi pozmamağa çağırıb. Təşkilatçıların yarım milyondan çox insanın toplaşacağını gözlədiyindən əraziyə 2 mindən çox polis işçisi səfərbər olunub.

Yürüşdə bəziləri Honq Konqun icraçı direktoru Kerri Lemin istefasını tələb etdiyi halda, digərləri "Çin ekstradisiyasına yox, qəddar qanuna yox!" şüarlarını səsləndirib.

Ekstradisiya qanununa etiraz edən Honq Konqlulara həmrək olaraq Sidney şəhərində də yüzlərlə insan nümayiş keçirib.

Hüquq-mühafizə orqanları dəfələrlə Çində işgəncə, arbitrar həbslər, məcburi etiraflar və hüquqşünaslara çıxış problemləri ilə bağlı narahatlıqlarını bildirib.

Honq Konq rəsmiləri cinayət həddinin artıran, yeddi və daha çox ilədək cəza alan cinayətkarın ekstradisiyası planlarını müdafiə edir.

XS
SM
MD
LG