Accessibility links

Honq Konqda kütləvi həbslərə baxmayaraq etirazlar davam edir


Honq Konq. 31 avqust, 2019.
Honq Konq. 31 avqust, 2019.

Polis şənbə günü Honq Kondqda etirazçıların üzərinə göz yaşardıcı qaz sıxıb və mavi rəngə boyanmış su atıb. Rəsmilər ötən həftə baş tutan toqquşmadan sonra şənbə günü yürüşünə icazə verməyib, lakin etirazçılar buna baxmayaraq küçələrə axışaraq parlamentin önündə toplaşıb.

Fəallar və etirazçılar şənbə günü yürüşün uzun və gərgin keçəcəyinə hazırlaşıb. Bundan bir gün öncə isə Honq Konq polisi 25-dən çox demokratiya tərəfdarını həbs edib və yürüşün keçirilməsinə icazə verməyib.

Coşua Vonq və Aqnes Çou
Coşua Vonq və Aqnes Çou

Qanunvericilər, fəallar və tanınmış tələbə liderlər Çoşua Vonq və Aqnes Çouya qarşı cümə günü bir neçə ictimai asayiş qanunlarını pozmaq ittihamları irəli sürülüb. Tənqidçilər bu addımı onların tərəfdarlarını ruhdan salmaq və üç aydır davam edən hərəkata son qoymaq cəhdi olduğunu bildirib.

Polis həmçinin dmeokratiya tərəfdarı üç qanunvericini, Au Nok-hin, Çenq Çunq-tai və Ceremi Tam Man-hoya qarşı ittihamlar irəli sürüb.

Bundan əlavə şəhərin kiçik müstəqillik hərəkatının lideri Andi Çan Ho-tin Facebook vasitəsilə cümə axşamı Honq Konq Hava Limanında saxlanıb. Müxbirlər onun uçuşdan öncə saxlandığını və ona qarşı iğtişaş yaratmaq və polis zabitinə hücum etmək itihamları irəli sürülüb.

Honq Konqda etirazlar
Honq Konqda etirazlar

Bir neçə digər fəal da iyulun 1-də parlamentə daxil olmaq cəhdi ilə əlaqədar olaraq həbs olunub.

Hüquqlar uğrunda kampaniya

Çinə ekstradisiyalara icazə verəcək mübahisəli qanun layihəsinin qarşısını almaq cəhdi demokratik hüquqlar uğrunda böyük bir mübarizəyə çevrilib.

Demokratiya tərəfdarları bildirib ki, hökümətin fəalları həbs etmək qırarı demokratik seçki keçirilməsini və polis zorakılığına son qoyulmasını tələb edən sakinləri qəzəbləndirəcək.

“Kütləvi həbslər ictimaiyyəti qəzəbləndirəcək çünki çox insan fəallara rəğbət bəsləyir və onların son bir neçə aydlr etdiklərini Honq Konqa bəslədikləri sevgi kimi qiymətləndirir” – deyə, demokratiya tərəfdarı qanunverici Ceyms To bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG