Accessibility links

Honq Konqda kiçik miqyaslı yürüş keçirilib


Honq Konqda şənbə günü keçilirən demokratiya nümayişləri daha öncəki kütləvi etirazlarla müqayisədə daha kiçik miqyaslı olub.

Şənbə ən böyük yürüş Monq Konq ticarət rayonunda keçirilib. Həmin yürüşdə minlərlə insan iştirak edib.

Qara paltar geyinmiş bəzi etirazçılar hökümət binaları və metro stansiyalarında divarları boyayıb, digərləri isə yolları bloklayıb.

Honq Konq nümayiş
Honq Konq nümayiş

İğtişaş polisi qara bayraq göstərərək, göz yaşardıcı qazdan istifadə edəcklərinə işarə etsə də, gündüz keçirilən yürüşdə heç bir tədbir görməyib.

Etirazçıların çoxu gənc və maskalı olub. Lakin bundan əlavə bəzi valideynlər balaca körpələri və uşaqları ilə birlikdə etiraza qatılıb. Balaca qızı ilə birlikdə maska taxıb yürüş edən bir ata deyib ki, o, nümayişdə onların təhlükəsizliyindən o qədər narahat deyil, daha çox Honq Konqun “gələcəkdə Çin höküməti” tərəfindən repressiv nəzarətindən narahatdır.

Şənbə günü nümayişlərdə ötən həftə ilə müqayisədə daha az insan iştirak edib.

Honq Konqda dörd aydan çoxdur demokratiya tərəfdarları ilə Çinin dəstəklədiyi hökümət qüvvələri arasında qarşıdurma aparılır. Çin 1997-ci ildə sabiq Britaniya müstəmləkəsi olan Honq Konq üzərində suverenliyi geri alandan sonra Honq Konq müəyyən mənadə siyasi muxtariyyətini saxlayıb.

Etirazlar Çinə ekstradisiya qanunu səbəbilə başlayıb, lakin daha sonra etirazçılar Honq Konq rəsmilərinin birbaşa ada sakinləri tərəfindən seçilməsinı dair çağırışlar edib. Onalr həmçinin həbs olunan etirazçıların azadlığa buraxılmasını və polis zorakılığı ilə bağlı təhqiqatın aparılmasını tələb edir.

Honq Konq polisi etirazları dağıtmaq üçün güc tətbiq edib, su şırnaqlarından, göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Ötən həftə isə bir polis zabiti gənc etirazçıya həqiqi güllə ilə atəş açıb.

XS
SM
MD
LG