Accessibility links

Honq Konqda mübahisəli qanun layihəsi ləğv olunsa da, etirazlar davam edir


Belə görünür Honq Konq lideri Karri Lam ekstradisiya qanun layihəsini geri çəkməklə Çinin yarı-muxtar şəhərində üç aydır davam edən etirazlara son qoyulacağına ümid edir.

Lakin fəallar, alimlər və Honq Konqun digər sakinlərinin ilkin reaksiyası onu göstərir ki, yaxın zamanlarda etirazlara son qoyulmayacaq, çünki etirazçıların tələblərinə artıq daha genişmiqyaslı demokratik islahatlar daxil edilib.

Lam çərşənbı günü ekstradisiya qanunu layihəsini rəsmən geri çəkdiyini elan edib. O bu addımım “ictaimi narahatlıqları tamamilə azaltmaq”məqsədi daşıdığını bildirib. Lakin qanun layihəsinin geri çəkilməsi onun yanlış olduğunun etirafı olsa da, belə görünür Honq Konqda çox az adam bu addımı güzəşt olaraq görürü.

Honq Konqda tətil
Honq Konqda tətil


Mən qanun layihəsi geri gptürüldüyü üçün etiraz etməyə son qoyacağını deyən heç kəsə rast gəlməmişəm, çünki indi etirazçıların qəzəbi polis zorakılığına yönəlib” – deyə, Honq Konqda qərargahlanan Mütərəqqi Vəkillər Qrupunun həm-təsisçisi Vilson Leunq bildirib.

Aylarla davam edən etirazlar, tətillər

Honq Konqda iyun ayının əvvəlindən bəri kütləvi dic etirazlar, genişmiqyaslı tətillər baş verib və bəzi hallarda bəzi etirazçılar polislə toqquşub və hökümət simvollarına hücum edib. Əgər bu qanun layihəsi qəbul olunsa idi, cinayətdə şübhəli bilinən bəzi insanlar məhkəmə qarşısına çıxarılmaq üçün Çinə göndəriləcəkdi.

Etirazçılar qanun layihəsinin onları Çinin siyasiləşdirilmiş məhkəməm siteminə məruz qoyacağından narahat idi, çünki orada demək olar hər ittiham məhkumluqla nəticələnir.

Honq Konq
Honq Konq

Lakin etirazlar zamanı Kommunist Partiyasının Çinlə Britaniya arasında əldə olunan razılığın 2047-ci ildə bitməsindən öncə Honq Konq üzərində nüfuzunu genişləndirəcəyinə dair narahatlıqlar üzə çıxdı.

Bir çoxları Honq Konqda söz azadlığı və qanun aliliyinin təmin olunmasına imkan verən Pekinin “Bir Ölkə, İki Sistem” modelinin artıq qüvvədən düşdüyündən narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG