Accessibility links

Honq-Konqda nümayişçilər polislə toqquşub


Məhkəmə qərarlarının Kommunist Partiyasının nəzarəti altındakı Çinə verilməsi qərarına etiraz olaraq, on minlərlə insan bazar günü Honq-Konq küçələrinə çıxıb.

Bu, keçən həftə nümayişçilərin Honq-Konqun parlament binasına daxil olaraq, otaqları dağıtması və binadakı portretləri məhv edib, divarlarda qraffiti-şüarlar yazmasından sonra keçirilən ən böyük nümayiş idi.

Çin rəsmilərinin irəli sürdüyü yeni ekstradisiya qanununa cavab olaraq Honq Konqda nəhəng etiraz dalğası baş qaldırıb.

Nümayişçilər Honq-Konqla Çini birləşdirən Qərb Koulon Ekspress dəmir yolunu hədəf alaraq, çinli qonaqlara mətbuatda çox az məlumat verilən qanun haqda ətraflı məlumat vermək istəriklərini bildirib.

Polisin 56 min insanın iştirak etdiyini deməsinə baxmayaraq, təşkilatçılar nümayişlərdə 230 minə qədər insanın iştirak etdiyini bildirib.

Çinin sərt nəzarət siyasətinə etiraz edən honq-konqlular etiraz nümayişlərində Honq Konqun Britaniya idarəçiliyində olduğu zaman istifadə olunan bayrağı dalğalandırlrlar.
Çinin sərt nəzarət siyasətinə etiraz edən honq-konqlular etiraz nümayişlərində Honq Konqun Britaniya idarəçiliyində olduğu zaman istifadə olunan bayrağı dalğalandırlrlar.

Nümayişlər dağıldıqdan sonra yüzlərlə etirazçı ilə polis arasında qarşıdrumalar baş verib. Sosial mediada polislə etirazçıların qarşı-qarşıya olduğu foto-şəkillər nümayiş etdirilib.

Çin Honq Konqda baş verən zorakı etirazları qınayaraq, bunun adanın idarə olunduğu “bir ölkə, iki sistem” formuluna birbaşa hədə olduğunu bildirib.

XS
SM
MD
LG