Accessibility links

Honq Konqda nümayişlərdə uşaqlı ailələr iştirak edir


Honq-Konqda artıq onuncu həftə sonudur demokratiya tərəfdarı etirazçılar nümayiş keçirir. Hökümət isə bir nümayiş istisna olmaqla heç bir etiraz aksiyasına icazə vermir.

Həftə sonu etirazları tez başlayıb. Belə ki, fəallar cümə günündən başlayaraq hava limanında üç günlük nümayiş keçirməyə qərar verib.

Şənbə günü bütün şəhər boyu etirazlar keçirilir.

Biz uşaqlara Honq Konqdakı vəziyyətdən bəhs etməliyik və onları düzgün cəmiyyət barədə məlumatlandərmalıyıq.

Şənbə günü “Uşaqlarımızın Gələcəyini Qoruyun” adlı yürüşdə çox sayda balaca uşaqlı ailələr iştirak edib. Bu yürüş icazəsi olan yeganə nümayiş olub.

“Biz uşaqlara Honq Konqdakı vəziyyətdən bəhs etməliyik və onları düzgün cəmiyyət barədə məlumatlandərmalıyıq” – deyə, Faye Lai Fransanın AFP xəbər agentliyinə bildirib.

Çin Honq Konqdakı etirazları Qərbin maaliyyələşdirdiyini iddia etsə də, bəzi Qərb siyasətçilərinin nümayişlərə dəstək bəyanatlarından başqa heç bir sübut irəli sürə bilməyib.

İğtişaşa iyun ayında şübhəli şəxslərin məhkəmə qarşısına çıxmaq üçün Çinə ekstradisiya olunmasına icazə verən qanun layihəsi səbəb olub.

Daha sonra isə etirazlar demokratiya islahatlarına çağıran hərəkata çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG