Accessibility links

Honq Konqda polislə etirazçılar arasında qarşıdurma yaşanıb


Honq Konq

Polis şənbə günü Honq Konqda alış-veriş mərkəzində yürüş edən etirazçılarla qarşıdurma yaşayıb. Etirazçılar Çinli ticarətçilərin ərazini tərk etmələrini tələb edib.

Honq Konqun Çinlə sərhədi yaxınlığında yerləşən Şeunq Şuidə etiraz iqtisadi fəaliyyətə maneə törətməklə hökümətə təzyiq göstərmək məqsədi daşıyır.

Təxminən 100 etirazçı alış-veriş mərkəzindən keçərək “Honq Konqu Azad et” və “Çinə geri dön” şüarlarını səsləndirib.

Mülki geyimli polis bəzi etirazçıları həbs edib. Bir polis zabiti etirazçılar və müxbirlərə qarşı bibər qazından istifadə edib. Hökümətə məxsus RTHK kanalı 14 nəfərin həbs olunduğunu bildirib.

Bəzi alıcılar alış-veriş mərkəzində yolu kəsən polisə etiraz edib.

İyun ayında təklif olunan ekstradisiya qanunu üzərində başlayan etirazlara daha sonra demokratiya və başqa tələblər daxil edilib.

Ektradisiya qanunu daha sonra gəri çəkilib, lakin etirazçılar ərazinin lideri Karrim Lamın istefasını və başqa dəyişikliklər tələb edir.

Etirazçılar Pekin və Lam hökümətinin keçmiş Britaniya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil veriləndə Honq Konqa vəd edilən muxtariyyət və Qərb sayağı vətəndaş hüquqlarını pozduqlarından şikayət edir.

Şənbə günü Şeunq Şui alış-veriş mərkəzində bəzi ticarətçilər kioskalarına narıncı lentlər bağlayı və ya mağazalardakı qapıları qismən bağlayıb.

Polislə nümayişçilər arasında iyun ayında ilk qarşıdurma da Şeunq Şuidə baş vermişdi.

Polisin məlumatına görə, bazar ertəsindən cümə gününədək 12 yaşında uşaq daxil olmaqla ümumlikdə 336 nəfər həbs olunub. Bununla altı aydır davam edən etirazlarda həbs olunanların sayı 7 minə çatıb.

Etirazçılar metro stansiyaları, banklar və digər ictimai təsislərə ziyan vurub.

Şərhlərə bax

XS
SM
MD
LG