Accessibility links

Honq Konqda silahlı atışma olub


Çox nadir hallarda cinayət hadisəsi baş verən Honq Konqun Çin tabeliyində olan ərazisində silahlı atışma nəticəsində dörd nəfər yaralanıb.

Honq Konqun şərqindəki Quarry Bay parkında çərşənbə axşamı baş vermiş insidentdə zərər çəkənlərdən ikisi baş nahiyəsindən güllə yarası alıb.

Hadisədə şübhəli bilinən qadın bir neçə saat sonra polislər tərəfindən təcarət mərkəzi yaxınlığında saxlanılıb. Yerli xəbər kanallarının verdiyi məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib.

Şahidlər yerli Honq Konq xəbər kanalına bildirib ki, azı dörd silah səsi eşidiblər. Kanalın bildirdiyinə görə, park daha çox orta gəlirli ailələrin yaşadığı regionda yerləşir.

Dünyanın ən təhlükəsiz yerlərindən biri hesab edilən yarı-muxtar ərazidə odlu silahlardan istifadə yüksək səviyyədə tənzimlənir.

XS
SM
MD
LG