Accessibility links

Honq Konqda tanınmış demokratiya fəalları həbs edilib


Honq Konq polisi şənbə gününə planlaşdırılan genişmiqyaslı yürüşdən öncə üç tanınmış demokratiya fəalını həbs edib. Apellyasiya komissiyası yürüşün keçirilməsinə icazə vermədiyi üçün təşkilatçılar artıq yürüşü təxirə salmışdı.

Polisin bildirdiyinə görə, “Demosisto” siyasi partiyasının təsisçisi Coşua Vonq iyunun 21-də icazəsiz aksiya təşkil etməkdə şübhəli bilindiyi üçün həbs edilib.

“Demosisto” partiyasının digər üzvü olan Aqnes Çunun da "qeyri-qanuni toplaşma təşkil etmək və bilərəkdən icazəsiz toplaşmalarda iştirak etmək" şübhəsi ilə həbs edildiyi bildirilib.

Coşua Vong 2014-cü ildə Honq Konqda tam demokratiya uğrunda şəhərin bəzi hissələrini 79 gün iflic vəziyyətinə salan “Çətir” hərəkatının tanınmış fiqurlarından biri olub. O, iyun ayında məhkəməyə hörmətsizlik ittihamı ilə beş həftə cəza çəkdikdən sonra həbsdən azad edilib.

Polis cümə axşamı həmçinin müstəqillik tərəfdarı Honq Konq Milli Partiyasının təsisçisi Endi Çana qarşı iyulun 13-ü keçirilən etiraz aksiyasında iştirakı zamanı "iğtişaş yaratmaq" və "polisə hücum" ittihamları irəli sürərək həbs edib.

İyun ayında cinayətkartlıqda şübhələnilənlərin mühakimə olunmaq üçün Çinə ekstradisiya edilməsi ilə bağlı qanun layihəsinin ləğvi məqsədilə dinc nümayişlərin başlamasından bəri polisin təxminən 900 etirazçını həbs etdiyi deyilir.

XS
SM
MD
LG