Honq Konqda minlərlə etirazçı yanvarın 1-də Yeni il günü yürüşündə iştirak edib. Çinin idarə etdiyi şəhərdə yarım ildən çoxdur hökumət əleyhinə nümayişlər davam edir.
Honq Konqda hökumət əleyhinə etiraz aksiyalar Yeni il günündə keçirilən nümayişlər hərc-mərcliyə səbəb olub və nəticədə onlarla nümayişçi həbs edilib.
"Hökumət bizim beş tələbimizə cavab vermədiyi üçün, biz hələ də buradayıq və ən əsası hesab edirəm ki, insanların əksəriyyəti polis zorakılığından təngə gəlib" qadın etirazçı deyib və mübarizələrində təslim olmadıqlarını dünyaya çatdırmaq istədiyini vurğulayıb.
Şan Tin rayonunun Lek Yuen dairəsindən bu yaxınlarda seçilən demokratiya tərəfdarı şura üzvü Cimmi Şam mediaya açıqlamasında Honq Konq hökümətinin hərakat başlayandan bəri hökumət əleyhinə etirazçıları dəstəkləyən qeyri-kommersiya təşkilatı Spark Alliance-ı sıxışdırmağa çalışdığını bildirib.
"Kimə təzyiq edilməsindən asılı olmayaraq, mən onlardan vaz keçməyəcəyimizi bilmələrini istəyirəm" siyasi fəal və Vətəndaş İnsan Haqları Cəbhəsinin təşkilatçısı olan Cimmi Şam deyib.
Honq Konq İctimai Rəy Araşdırmaları İnstitutu tərəfindən Reuters üçün keçirilən sorğunun nəticələrinə əsasən, soğruda iştirak edən şəhər sakinlərinin 59 faizi etiraz hərəkatını dəstəkləyir.
Mübahisəli ekstradisiya qanunu ilə bağlı başlayan hökumət əleyhinə etirazlar artıq yeddinci aydır davam edir və nümayişlərin səngiyəcəyi gözlənilmir. Etirazçılar hökumət ümumi seçki hüququnun təmin olunması və polis qəddarlığına dair müstəqil araşdırma daxil olmaqla, onların siyasi tələblərinə cavab verməyincə geri çəkilməyəcəklərini bildirirlər.