Accessibility links

Rusiyanın Ukraynanın şərqinə hücumu davam etdiyi bir vaxt, sülh danışıqlarına dair ümidlər azalır


Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqların davam edib-etməyəcəyi bəlli deyil. Belə ki, Ukrayna prezidenti deyib ki, Rusiya qoşunlarının iddia olunduğu kimi həyata keçirdikləri vəhşiliklər səbəbilə yaranan ictimai qəzəb fonunda sülhü müzakirə etmək çətindir. Rusiyanın xarici işlər naziri isə deyib ki, Qərbin sanksiyaları və Ukraynaya silah göndərməsi danışıqlara əngəl törədir.

Ukrayna və Rusiya rəsmilərinin bu sözləri Ukraynanın mühasirə altında olan Mariupol şəhərindən mülki vətəndaşların evakuasiyasına dair ümidlər azaldığı və Rusiya Ukraynanın şərqində hücumlarını davam etdirdiyi bir vaxta təsadüf edib.

Rusiya aprelin 30-da Ukraynanın şərqindəki Donbas regionunda Luhansk və Donetsk ərazilərinin tam nəzarətini ələ keçirməyə çalışdığı üçün bir gecədə 380-dən çox hədəfə zərbə endirdiyini iddia etsə də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiyanın həmin hədəfləri ələ keçirmək üçün apardığı hərbi səylər “nəticə vermir - döyüşlər davam edir.”

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 29-da xalqa müraciətində deyib ki, Kyiv qüvvələri regionda taktiki irəliləyişlər əldə edir. ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi isə həmin gün deyib ki, Ukraynanın sərt müqaviməti Rusiyanın Donbasa hücumunu ləngidir.

Zelenskinin ofisi bundan öncə təxminən 2000 Ukrayna döyüşçüsü ilə 1000-ə yaxın mülki vətəndaşın ilişib qaldığı Azovstal polad zavodundan mülki vətəndaşları çıxarmaq üçün əməliyyatın planlaşdırıldığını bildirib, ancaq aprelin 29-da günün sonunda belə bir evakusiya hələ də baş tutmamışdı.

Ukraynanın ikinci ən böyük şəhəri Xarkivin aprelin 30-da minaatan və artilleriya atəşi ilə hədəf alınıb. Zelenski ondan bir gün öncə televiziya ilə müraciətində deyib ki, Ukrayna qüvvələri şəhər yaxınlığında strateji baxımdan mühüm kəndi geri alıb və yüzlərlə mülki vətəndaşı evakuasiya edib.

Ukrayna ordusu aprelin 30-da gündəlik brifinqində deyib ki, düşmən ən çox Xarkivin Luhansk və Donetsk əraziləri ilə sərhədində yerləşən İzyum bölgəsi yaxınlığında itki verib.

Zelenski aprelin 29-da xalqa müraciətində deyib ki, infrastruktur və yaşayış ərazilərinin “qəddar” bombardmanı “Rusiyanın [Donbas regionundakı] bütün insanları təmziləmək istədiyini göstərir” və bildirib ki, “torpaqlarımızın müdafiəsi, xalqımızın müdafiəsi, sözün əsl mənasında, həyat üçün mübarizədir.”

O deyib ki, əgər fevral ayında Ukraynaya əssassız hərbi müdaxilə edən və dinc əhaliyə qarşı müharibəcinayətləri törətməkdə ittiham olunan Rusiya qüvvələri “planlarının bir qismini belə həyata keçirə biləsə, onlaırn Donbası daşa çevirmək üçün kifayət qədər artilleriya və təyyarələri var.”

Zelenski deyib ki, bir zamanlar ölkənin şərqində ən çox inkişaf etmiş şəhərlərdən biri olan Mariupol indi “dağıntılar arasında bir hərbs düşərgəsidir.”

O, həmin günün əvvəlində polşalı jurnalistlərə deyib ki, Ukrayna xalqı Rusiya qoşunlarının iddia olunan vəhşiliklərinə görə qisas alınmasını istəyirlər və “bu cür münasibət olduğunda, nə isə haqda danışmaq çətindir.”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə bu arada Birləşmiş Millətlər Təşkilatının mühasirəyə alınan Ukrayna şəhərlərindən humanitar dəhliz açmağa ehtiyacın olduğunu inkar edib. O həmçinin Qərbi Ukraynanı silahla təmin etməyə son qoymağa çağırıb və deyib ki, Kyivlər “çətin” danışıqlar davam edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG