Accessibility links

İran sərhədində Azərbaycan vətəndaşları üçün klinika fəaliyyət göstərəcək


Hospital
Hospital

İrana səfər edən Azərbaycan vətəndaşlarının 40 faizi müalicəyə gedir

Yaxın zamanlarda İranın Biləsuvar sərhəd-keçid məntəqəsində sonsuzluğun müalicəsi üzrə ixtisaslaşdırılmış klinika fəaliyyət göstərəcək. Trend agentliyinin məlumatına görə, bu barədə İranın Ərdəbil əyalətinin Elmi, Mədəni və Tədqiqat Mərkəzinin rəhbəri Əkbər Qasemi deyib.

Qasemi bildirib ki, sonsuzluğun müalicəsi üçün ixtisaslaşdırılmış klinikada dost və qardaş ölkə Azərbaycandan müraciət edən xəstələrə də xidmət göstəriləcək.

Biləsuvar (İran) şəhər icra başçısı Rəsul Zibanijad deyib ki, sutkada 4000-dən çox Azərbaycan vətəndaşı Biləsuvar sərhəd-keçid məntəqəsi ilə İrana səfər edir ki, bu səfərlərin də 40 faizi müalicə məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan və İran arasında Astara sərhəd-keçid məntəqəsi ilə yanaşı, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri də fəaliyyət göstərir.

İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. 2010-cu il fevralın 1-dən etibarən İrana gedən Azərbaycan vətəndaşlarından viza tələb olunmur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG