Accessibility links

Hospitalda hərbçiləri ziyarət edən Tramp ilk dəfə maska taxıb


ABŞ prezidenti Donald Tramp şənbə günü Vaşinqton yaxınlığındakı Uolter Rid hərbi hospitalında müalicə alan Amerika hərbçilərini ziyarət edərkən ilk dəfə olaraq maska taxıb.

“Mən heç vaxt maska əleyhinə olmamışam, amma mən inanıram ki, onların yeri və vaxtı var“ – deyə, Tramp Merilend ştatında Betesdadakı hərbi hospitala getməzdən əvvəl müxbirlərə bildirib.

Prezident iki həftə əvvəl çevrəsində olan insanların müntəzəm olaraq test edildiyinə görə koronavirusa qarşı əlavə preventiv tədbirlər görməyə ehtiyacı olmadığını bildirmişdi.

Hospitalda prezident özü və onun təhlükəsizlik qrupunun üzvləri qara maska taxaraq, müalicə alan pasiyentlər və tibbi personalla bir saata yaxın vaxt keçirib. Tramp hospitalın tibbi heyətini “bizim böyük qəhrəmanlarımız“ və “COVİD-ə qarşı mübarizənin ön cəbhəsindəki döyüşçülər“ adlandırıb.

Prezidentin Trampın ziyarəti ABŞ-da COVİD-19-a yoluxma hallarının artdığı vaxta təsadüf edir. ABŞ dünya üzrə həm yoluxma, həm də ölüm hallarının sayına görə dünya ölkələri arasında birinci yerdədir.

Birləşmiş Ştatlarda yoluxanların sayı dünyada koronavirus infeksiyalarının təqribən dörddə üç hissəsini təşkil edərək, 3.2 milyondan çoxdur. ABŞ-da COVİD-19 nəticəsində ölənlərin sayı 134000-dən artıqdır.

XS
SM
MD
LG