Accessibility links

ABŞ Nümayəndələr Palatasına yenə spiker seçilməyib


Cim Cordan
Cim Cordan

ABŞ Nümayəndələr Palatasınının spikeri olmağa ümid bəsləyən Cim Conrdan üçüncü dəfə səsvermədə kifayət qədər səs toplamayıb.

Cümə günü 25 Respublikaçı ultra-mühafizəkar konqresmenin əleyhinə səs verib, bütün Demokratlar isə partiyalarının palatadakı lideri Hakim Cefrisi dəstəkləyib. Bu isə o deməkdir ki, heç bir namizəd spiker seçilmək üçün tələb olunan 217 səs toplaya bilməyib.

Səsvermənin üçüncü raundunda Cordanın əleyhinə ikinci raundda olduğundan daha çox insan səs verib.

Daha sonra Respublikaçılar gizli iclasda Cordanın namizədliyini ləğv ediblər. Çoxluq lideri Stiv Skalis deyib ki, partiya üzvləri evə gedib, bazar ertəsi “namizəd axtarışlarına” yenidən start verəcəklər.

İki həftə öncə səkkiz Respublikaçı Demokratlara qoşularaq tarixi səsvermədə Kaliforniyadan Respublikaçı Kevin MakKartinin spikerlik vəzifəsindən azad etməsindən bəri Nümayəndələr Palatası iflic vəziyyətdədir.

Forum

XS
SM
MD
LG