Accessibility links

HRW: "Azərbaycan hakimiyyəti Bayram Məmmədovu dərhal azadlığa buraxmalıdır"


HRW
HRW

Azərbaycan hakimiyyəti saxta narkotik ittihamıyla saxlanmış gənc fəalı əfvlə azadlığa buraxandan iki həftə sonra yenidən həbs edib.

Bu barədə Human Rights Watch insan hüquqları təşkilatı NİDA gənclər hərəkatının üzvü Bayram Məmmədovun yenidən həbs olunması ilə bağlı aprelin 3-dəyaydığı bəyanatda deyir.

Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunublar. Onlar 10 il azadlıqdan məhrum edilmişdi.

Policemen bringing youth activist Bayram Mammadov to the Appeal Court in Baku, © 2019 Mehman Huseynov
Policemen bringing youth activist Bayram Mammadov to the Appeal Court in Baku, © 2019 Mehman Huseynov

Bayram Məmmədov aprelin 2-də keçirilən apellyasiya məhkəməsində saxlanarkən işgəncəyə məruz qaldığını deyib, üzündə xəsarət izləri olub.

Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Azərbaycan hakimiyyəti onu dərhal azadlığa buraxmalı, saxlanması, hansısa pis rəftara məruz qalması barədə hesabatlığı təmin etməlidir
Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia

"Bayram Məmmədovun yenidən həbsi Azərbaycan hökumətinin tənqidə dözümsüzlüyünün, azad sözə nifrətinin daha bir örnəyidir,” – Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia deyib.

"Azərbaycan hakimiyyəti onu dərhal azadlığa buraxmalı, saxlanması, hansısa pis rəftara məruz qalması barədə hesabatlığı təmin etməlidir,” o, sözlərinə əlavə edib.

Human Rights Watch Azərbaycanın çoxsaylı insan haqları sazişlərinə üzv olduğunu yada salır, həmin sənədlər isə saxlananlara işgəncə verilməsini, hansısa formada pis rəftarı qadağan edir. Qurum eyni zamanda Azərbaycan hakimiyyətinin tənqidi səsləri, narazıları susdurduğunu, onlarla jurnalistin, insan haqları və dini fəalın siyasi motivlərlə saxlanıldığını bildirir. Martın 16-da prezident siyasi məhbus sayılan 51 nəfəri əfv edib.


“Məmmədovun mediaya müsahibəsində tənqidindən sonra yenidən saxlanması Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üzərinə kölgə salır. Hakimiyyət onu dərhal buraxmalı, əfvin ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması yönündə əsl addım olmasını təmin etməlidir,” Gogia vurğulayıb.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmasını qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG