Accessibility links

Human Rights Watch Qərbi insan hüquqlarını kifayət qədər dəstəkləməməkdə günahlandırır


Human Rights Watch Qərbi insan hüquqlarını kifayət qədər dəstəkləməməkdə günahlandırır
Human Rights Watch Qərbi insan hüquqlarını kifayət qədər dəstəkləməməkdə günahlandırır

Təşkilatın illik hesabatında ABŞ prezidenti Barak Obama insan hüquqlarına dəstək vermək üçün konkret addımlar atmamaqda günahlandırılır.

Human Rights Watch bildirir ki, Qərb, xüsusilə də Avropa İttifaqı insan hüquqları məsələsində hökumətlərə kifayət qədər təzyiq göstərmir. Beynəlxalq qrup dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında Avropa İttifaqının 27 ölkəsinin adını qeyd edib. Hesabatı açıqlayan təşkilatın direktoru Kennet Rot bildirib ki, repressiv hökumətlərlə dialoqun və əməkdaşlığın dəstəklənməsi insan hüquqları sahəsində heç bir iş görməmək üçün çox vaxt yaxşı bəhanə olur. Rot əlavə edib ki, Avropa İttifaqının konstruktiv dialoqları bu qlobal tendensiyaya ən yaxşı nümunə ola bilər. Hesabatda qeyd edilir ki, Avropa İttifaqı Özbəkistan və Türkmənistan hökumətlərinə kifayət qədər təzyiq göstərə bilməyib. Burada həmçinin, ABŞ prezidenti Barak Obama insan hüquqlarına dəstək vermək üçün konkret addımlar atmamaqda günahlandırılır.

XS
SM
MD
LG