Accessibility links

HRW: Türkiyə “arbitrar” şəkildə yüzlərlə vəkili həbsdə saxlayır


Türkiyə “arbitrar” şəkildə yüzlərlə vəkili həbsdə saxlayır. Bu, Human Rights Watch-un hesabatında bildirilir.

Qurumun Türkiyə üzrə araşdırmaçısı Emma Sinkleyrin dediyinə görə, bu sayda vəkilin mühakimə edilməsi son dönəmin ən yüksək göstəricisidir.

“Vəkillər məhkəmədə-Ədalətli məhkəmə hüquqlarının pozulması" adlı 56 səhifəlik hesabatda terrizm ittihamı ilə həbs edilənləri müdafiə edən vəkillərin necə tutulduğundan bəhs edilir.

HRW hesabatı Türkiyəin insan haqlarının müdafiəsi qrupu "Həbsdə olan hüquqşünaslar təşəbbüsü"nün məlumatına əsasən hazırlanıb.

Bildirilir ki, 2019-cü ilin aprel ayında Türkiyədə 1546 hüquqşünas mühakimə edilib, onların 274-ü terrorçu təşkilatların üzvü olduğunda günahlandırılıb, 598 nəfər isə məhkəməsiz həbsdə saxlanılır.

18 vəkil terror ittihamı ilə 18 il həbsə məhkum edilib.

HRW Türkiyənin anti-terror qanunlarını günahlandırır.

2016-cı il çevriliş cəhdindən sonra qəbul edilən yeni qanunlar müvafiq orqanların səlahiyyətlərini artırıb.

XS
SM
MD
LG