Accessibility links

"İbrahimovun və Məmmədovun işi hakimiyyətin fərqli düşüncəni boğmaq məqsədilə tətbiq etdiyi bu taktikanın son nümunəsidir"


 Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

"Azərbaycan hakimiyyəti iki gənc fəalın təqibində uydurma narkotik saxlama ittihamlarından istifadə edir". Bu barədə "Human Rights Watch"un Qiyas İbrahimov və Bayram Məmmədovun narkotik ittihamı ilə həbs edilməsinə görə verdiyi bəyanatında deyilir.

"Bel' görünür ittihamlar Bakıdakı abidədə qraffitiyə cavab olub. Hakimiyyət onları dərhal azad etməli və polis bölməsində fəallara qarşı amansız rəftar haqqında məlumatları araşdırmalıdır" - deyə bəyanatda vurğulanır.

HRW-nın Cənubi Qafqaz üzrə proqram direktoru Giorgi Gogia bildirib ki, Azərbaycanın gənc fəalları qorxutmaq məqsədi ilə onlara qarşı uydurma narkotik saxlama ittihamları irəli sürmək təcrübəsi var.

"İbrahimovun və Məmmədovun işi hakimiyyətin fərqli düşüncəni boğmaq məqsədilə tətbiq etdiyi bu taktikanın son nümunəsidir" - deyə o bildirib.

G.Gogia daha sonra qeyd edib ki, hakimiyyət İbrahimova və Məmmədova qarşı narkotik ittihamını dərhal ləğv etməlidir. "Qraffitiyə görə onları cəzalandırmaq istəyirsə, bunu İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun şəkildə etməlidir. Bu, siyasi səbəblərlə cinayət ittihamlarının saxtalaşdırılması hadisəsidir" - deyə Gogia bildirib.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG