Accessibility links

Huawei şirkətinin Çin hökuməti ilə bağları haqda narahatlıqlar artmaqdadır


Huawei şirkətinin Çin hökuməti ilə bağları haqda narahatlıqlar artmaqdadır
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Huawei Avropada müxtəlif istiqamətlərdən təndiqlərə məruz qalır.

Bir neçə ölkə Çinin nəhəng texnologiya şirkətinə qarşı məhdudiyyətlər tətbiq edilməsi haqda düşünür.

Almaniyanın iqtisadiyyat naziri bildirib ki, 5G şəbəkəsinin quraşdırılmasında yalnız təhlükəsiz texnologiyadan istifadə edilməlidir.

Peter Altmayer bu sözləri Huawei şirkətinin Çin casusları ilə əməkdaşlıq etməsi ilə bağlı ittihamlardan sonra səsləndirib. Lakin o əlavə edib ki, yeni tədbirlər istisnasız olaraq bütün provayderlərə tətbiq ediləcək.

Kansler Angela Merkel də daha öncə bu fikri ifadə etmişdi. O, ölkədə yeni nəsil 5G şəbəkəsinin quraşdırılmasına başlanılmasından öncə Huawei şirkəti ilə bağlı əmin olmaq istəyir.

Bu narahatlıqlara Fransa Senatı da qoşulur. Ölkənin qanunvericiləri telekommunikasiya cihazlarına nəzarətin sərtləşdirilməsini müzakirə edirlər.

Çexiyada isə kibertəhlükəsizlik təşkilatı Huawei şirkətinin daha çox dövlət tenderlərindən kənar ediləcəyini proqnozlaşdırır.

Bu xəbər ABŞ-ın tərəfaşlarına 5G şəbəkəsinin qurulması üçün Huawei cihazları almaması ilə bağlı xəbərdarlıq etdiyini bildirdiyi gün yayılıb.

Çin şirkəti hökumətlə bağlarına görə beynəlxalq təftişlə üzləşir. Şirkətin Pekin casusları üçün arxa qapı olacağı ilə bağlı narahatlıqlar mövcuddur.

Keçən ay Birləşmiş Ştatlar təftiş zəminində Çin podradçı şirkətlərini hökumət müqavilələrindən çıxardı.

Huawei arxa qapının mövcud olması və Çin hökumətini məlumatla təchis etməsi ilə bağlı ittihamları rədd edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG