Accessibility links

Huawei ABŞ qadağasının ləğvinə dair qərar çıxarılmasını tələb edir


Çin telekommunikasiya nəhəngi Huawei ABŞ-ın federal məhkəməsindən hökümət qurumları və podratçılarının Huawei məhsullarının alışı və istifadəsinin konstitusiyaya uyğun olduğunu barədə qərar çıxarmasını tələb edib.

Huawei-nin vəkilləri çərşənbə axşamı şirkət tərəfindən mart ayında qaldırılan iddianını başa çatdırmaq üçün yekun hökmün çıxarılmasına dair təklif veriblər.

Məhkəmə müraciətində bildirilir ki, Konqresin heç bir məhkəmə olmadan şirkəti təqsirkar hesab etməsi və Huawei-in bu nəticəyə qarşı hər hansı bir şəkildə qarşı çıxa bilməməsi qanun pozuntusudur.

ABŞ höküməti Huawei-i Çin hökümətinin Amerika vətəndaşlarına qarşı casusluqda etməsində əməkdaşlıqda günahlandırır.

Huawei hər hansı bir Çin hökuməti təşkilatının nəzarəti altında olduğunu rədd edir.

Şirkət bildirir ki, ABŞ qadağası şirkətin və işçilərinin reputasiyasını zədələyib, müqavilələri pozub və Huawei-in ABŞ-dakı biznesini davam etdirməsini ciddi şəkildə təhlükə altında qoyur.

XS
SM
MD
LG