Accessibility links

Huawei-nin Kanadada həbs olunmuş rəsmisi ABŞ-a ekstradisiya oluna bilər


Kanadanın Ədliyyə Nazirliyi Vankuverdə həbs olunan Huawei şirkətinin baş maliyyə menecerinin ABŞ-a ekstradisiya oluna biləcəyi ilə bağlı məlumat verib.

Hadisə ilə bağlı məlumatı olan bir şəxsin bildirdiyinə görə, həbs ABŞ sanksiyalarındakı pozulmalarla bağlıdır. Reuters xəbər agentliyi pozuntuların dəqiq xarakterini müəyyən edə bilməyib.

Kanada Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, Çinin texnologiya nəhəngi Huawei şirkətinin təsisçisi Ren Zhengfeinin qızı olan Menq Vanzhou dekabrın 1-də həbs olunub və cümə günü hakim qarşısına çıxarılacaq.

Huawei şirkəti yayımladığı bəyanatda həbs xəbərini təsdiqləyib, lakin Menq Vanzhouya qarşı irəli sürülən ittihamlarla bağı məlumat verməyib.

ABŞ rəsmiləri 2016-cı ildən etibarən dünyanın ən böyük telekommunikasiya şəbəkələrindən biri olan Huawei şirkəti ilə bağlı təhqiqat aparır. Mənbənin aprel ayında Reuters-ə verdiyi məlumata görə, təhqiqata səbəb şirkətin ABŞ məhsullarını ABŞ-ın ixrac və sanksiya qanunlarına zidd olaraq İran və digər ölkələrə ixrac etməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG