Accessibility links

Hudeydə limanının açılması aclıqdan əziyyət çəkən yəmənlilər üçün xoş xəbərdir


Hudeydə limanı
Hudeydə limanı

Dünya Ərzaq Proqramı bildirir ki, Yəmənin Hudeydə limanının yenidən açılması üç ildir müharibə gedən ölkədə aclığın qarşısını almaq səyləri üçün çox vacibdir. Bİrləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, Yəməndə 14 milyon insan aclıq astanasındadır.

Yəmən ərzaqlarının 90 faizini idxal edir və bu ərzaqların 70 faizi ölkəyə Hudeydə limanından daxil olur. Yəməndə müharibə aparan tərəflər İsveçdə Hudeydənin vasitəçiliyi ilə aparılan danışıqlarda əyalət boyu atəşkəsə dair razılıq əldə edib. Təəssüf ki, razılıq əldə olunandan bir gün sonra cümə günü liman ətrafında döyüş başlayıb. Bu isə limanın açılıb-açılmayacağını şübhə altına saləb.

İsveçdə danışıqlar
İsveçdə danışıqlar

Dünya Ərzaq Proqramı məlumat verir ki, razılığa əməl olunması həm humanitar əməliyyatlar həm də kommersiya sektoru üçün çox mühümdür. Onlar bildirir ki, Hudeydə limanı ölkənin üç-ikisi üçün mühüm təchiz nöqtəsidir.

Təşkilatın sözçüsü Herv Verhusel deyir ki, kommersiya məqsədli ərzaq təchizlərinin Yəmənə sərbəst axını onsuz da çox artan və ərzaqları milyonlarla insanlar üçün əlçatmaz edən ərzaq qiymətlərinin yenidən artmasının qarşısını alacaq.

“Hazırda Yəməndə 20 milyon insan özəl marketlərdən asılıdır. Onlar ərzaqlarını küçələrdən, marketlərdən alır. Biz ümid edirik ki, liman yeninən normal fəaliyyətinə geri dönəndə, özəl marketlərə daha çox ərzaq gələcək və mümkündür ki, həmin ərzaqların qiyməti onları alan milyonlarla insan üçün artıq artmayacaq”, o söyləyib.

Ötən il Dünya Ərzaq Proqramı 3.5 milyon yəmənlini hər ay ərzaq kuponları ilə təmin edirdi. Son iki ildə bu kuponlardan faydalanan insanların sayı iki qat artıb. Avqust ayından bəri isə təşkilat hər ay 7-8 milyon insana yardım edir.

Verhusel deyir ki, Dünya Ərzaq Proqramı bu ay təhlükəyə ən açıq 10 milyon insana ərzaq çatdırmaq üçün əmliyyatlarını artırır və Yeni İldə 12 milyon insane ərzaq çatdırmağı planlaşıdırır.

O deyir ki, ciddi aclıqdan əziyyət çəkən uşaqlar, hamilə qadınlar və süd verən anaların qidalarının artırılmasına xüsusi diqqət yetiriləcək.

XS
SM
MD
LG