Şənbə günü səhər Sankt-Peterburqun cənubunda Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkətinin istifadə etdiyi böyük anbarda güclü yanğın baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 70 000 kvadratmetr ərazini əhatə edib və Wildberries anbarının 50 000 kvadratmetri dağılıb. İtkilər barədə məlumat verilmir.
Sosial mediada yayılan videolarda işçilərin yanğın nərdivanları ilə hadisə yerindən qaçdığı görünür
Yaxınlıqda keçən sərnişin təyarəsindən çəkilən videoda alovların anbarı tamamilə bürüdüyü və səmaya böyük tüstünün çıxdığı göstərilib. The Associated Press videoların həqiqiliyini dərhal yoxlaya bilməyib.
Rusiya Fövqəladə Hallar Nazirliyİ bildirib ki, yanğınsöndürənlər yanğının anbar kompleksinin bütün ərazisinə və elektrik yarımstansiyasına yayılmasının qarşısını ala bilib. O bildirib ki, ilkin məlumata əsasən, yanğına nasaz elektrik naqilləri səbəb olub.
Forum