Accessibility links

Hulusu Akar: Türkiyə Azərbaycana 60 hərbçi göndərib


Dağlıq Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin tikintisinə dair razılaşma reallaşır və Türkiyə oraya 60 hərbçi göndərib.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu gün, dekabrın 22-də NTV telekanalına bildirib.

"Hazırda bizim personaldan 60 nəfər Azərbaycandadır. Mərkəzin tikintisi ilə bağlı bütün razılaşmalar əldə olunub və tikintiyə dair bəzi məsələlərin həlli qalır. Bizim adamlar ruslarla bir yerdə işləyəcəklər. Onların orada qalma müddətini Rusiya tərəfi ilə danışacağıq," o bildirib.

Azərbaycan tərəfi Rusiya-Türkiyə Monitorinq Mərkəzinin Dağlıq Qarabağa bitişik Ağdam şəhərində olacağını bildirib. Orada barışıq şərtlərinin yerinə yetirilməsinə nəzarət edən Rusiya və Türkiyə hərbçiləri çalışacaq.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG