Accessibility links

Human Rights Watch Urmiyə gölü etirazlarında tutulanlara azadlıq tələb edib


Human Rights Watch Urmiyə gölü etirazlarında tutulanlara azadlıq tələb edib
Human Rights Watch Urmiyə gölü etirazlarında tutulanlara azadlıq tələb edib

Human Rayts Votç-un Orta Şərq departamentinin direktoru Co Stork deyib ki, İran hökuməti dinc etirazlarda tutduğu yüzlərlə azərbaycanlını dərhal azadlığa buraxmalıdır.

Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 11-də bəyanat yayaraq Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə qarşı dinc etirazlarda yüzlərlə azərbaycanlının tutulmasını pisləyib.

“Media forum” saytının məlumatına görə, Human Rights Watch-un Orta Şərq departamentinin direktoru Co Stork deyib ki, İran hökuməti dinc etirazlarda tutduğu yüzlərlə azərbaycanlını dərhal azadlığa buraxmalıdır: “İran rəsmiləri Qərbi Azərbaycanda Urmiyə gölünün qurumasına və hakimiyyətin bu yöndə siyasətinə qarşı dinc etirazlara icazə verməlidir. İran hakimiyyəti Urmiyə gölünün qurumasına dinc şəkildə etiraz bildirən yüzlərlə azərbaycanlını həbsə salıb. Biz İran hökumətini həmin şəxsləri dərhal azadlığa buraxmağa və onların dinc toplantıların keçirilməsi ilə əlaqədar hüquqlarına riayət etməyə çağırırıq.

Təəssüflər olsun ki, İran rəsmiləri Urmiyə gölünün quruması ilə bağlı bundan əvvəl istər Azərbaycanda, istərsə də İranın digər yerlərində edilən xəbərdarlıqlara məhəl qoymayıb. Onlar tənqidə nə qədər dözümsüz olduqlarını bir daha nümayiş etdirib”.

XS
SM
MD
LG