Accessibility links

Human Rights Watch 2014-cü il üçün hesabatını açıqlayıb


Human Rights Watch insan haqları qrupu bildirir ki, dünya liderləri artıq 3 ildir vətəndaş müharibəsi gedən Suraiyadakı vəhşiliklərə son qoymaq üçün yetərli iş görməyib.

Qurumun 2014-cü il üçün dünya hesabatında ABŞ kəşfiyyat metodları, Misir, Tailand, Türkiyə, Ukrayna və digər ölkələrdə artan avtoritarlıq tənqid olunub.

Hesabat sabah keçiriləcək Suriyaya dair beynəlxalq sülh konfransı ərəfində açıqlanıb.

Human Rights Watch-un icraçı direktoru Kennet Rot Berlində keçirilən mətbuat konfransında bildirib ki, dünya ictimaiyyəti Suriya hökumətinin mülki vətəndaşlara qarşı törətdiyi kütləvi vəhşiliklərə ciddi cavab verməlidir.
XS
SM
MD
LG