Accessibility links

Human Rights Watch: Şimali Koreya qaçqınları işgəncə təhlükəsi qarşısındadır


Beynəlxalq insan haqları qrupu Human Rights Watch Şimali Koreyanı Pekindən Pxenyana qayıtmağa məcbur edilən şimali koreyalı doqquz qaçqının harada olduğu ilə bağlı dərhal məlumat verməyə çağırıb.

Təşkilatın Asiya bölgəsi üzrə direktor müavini Fil Robertson deyib ki, Şimali Koreyada ölkədən qaçıb geri qaytarılan adamlara işgəncə verildiyi məlum olduğu üçün 15 və 23 yaşlar arasında olan qaçqınlar risk qarşısındadır. “Onlar çox güman əmək düşərgəsinə göndərilib, ərzaq və tibbi yardımdan məhrum ediləcək, mühafizəçilər tərəfindən pis rəftarla qarşılaşacaq və təhlükəli şəraitdə uzun saatlar işləməyə məcbur ediləcəklər”-deyə o bildirib.

Məlumatlarda şimali koreyalı qaçqınların bu ay Laosda həbs ediliyi və Çin vasitəsilə geri qaytarıldıqları deyilir.

Wall Street Journal qəzetinin yazdığına görə, bu, Laosun Şimali Koreya ilə qaçqınların geri qaytarılmasında əməkdaşlıq etdiyini göstərən ilk belə haldır.

Human Rights Watch bildirir ki, beynəlxalq qanuna əsasən, insanların cəzalandırılacaqları yerlərə məcbur olaraq göndərilməməsi hüququ var. Lakin Robertson deyib ki, Laos və Çin bu hüquqa hörmət etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG