Accessibility links

Human Rights Watch Türkiyə polisini işgəncədə günahlandırır


Çərşənbə axşamı ABŞ-da qərargahlanan Human Rights Watch təşkilatının dərc etdiyi hesabatda Türkiyə polisi iyul ayına baş verən çevriliş cəhdindən sonra işəncə və pis rəftarda günahlanırılır. Hökümət isə hər hansı pis rəftarı inkar edir.

Human Rights Watch təşkilatı bildirir ki, Türkiyədə çevriliş cəhdindən sonra tətbiq edilən fövqəladə hal səlahiyyətləri altında həbs olunanlara qarşı işəncə törəiliyinə dair dəlillər mövcuddur.

Təşkilatın Türkiyə üzrə baş elmi təqdiqatçısı Emma Sinkler-Vebb deyir ki, polisə saxlanlan şəxsləri heç bir ittiham və vəkilə çıxışları olmadan tutmaq icazəsinin verilməsi polis səlahiyyətlərinin sui-istifadəsinə yol açıb.

“Fövqəladə vəziyyət” altında polisə bu zaman ərzində saxlanılan şəxslərə qarşı istədiklərini etmək şansı yaradır, çünki onlara heç kəs nəzarət etmir. İnsanlar narahat pozada saxlanılır və daha sonra ağır döyülürlər və çubuqla təcavüzlə təhdid edilirlər,” deyə bildirir.

47 səhifəlik hesabatda insanlara qarşı polisin pis rəftarının 13 fərdi hal qeyd edilib. Hökümət iddia edir ki, ölkədə iyul ayında 241 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdindən bəri tayı-bərabəri olmayan təhlükə ilə üzləşir, amma heç bir işgəncənin tətbiq olunmadığını təkid edir.

Hakim AKP partiyası 2002-ci ildə hakimiyyətə ələndən bəri işəncəyə on qoymaq üçün çalışdığını iddia edir. Lakin Human Rights Watch hesabatında, keçmiş nailiyyətlərini vurğulasa da höküməti pis rəftarın qarşısını almaq üçün tətbiq edilən təhlükəsizlik tədbirlərini aradan qalırmaqda ittiham edir.

Ötən ay fövqəladə vəziyyət hakimiyyəti altında imzalanan sərəncamla həbsxanaların monitoriq heyətləri ləğv olundu.

“Qorxu abu-havası çox yüksəkdir. Bizim danışdığımız bir çox vəkil müvəkkilinə pis rəftarı bildiriklərinə görə cəzalandırılmaqdan qorxur. Məsələn, bir vəkil çevriliş cəhdi ilə əlaqəli olaraq həbs edilən əsgərin gözlərinin önünə döyüldüyünü danışdı,” deyə Sinkler-Vebb bildirir.

Hesabatda bir çox vəkilin çevriliş cəhdindən sonra həbs olunanları təmsil etməkdən çəkindikləri, çünki daha sonra özlərinin də hədəfə çevrilə biləcəyindən qorxduqları qeyd olunub.

Human Rights Watch fövqəladə vəziyyət altında təqim olunan bir çox səlahiyyətlərin ləğvinə və höküməti BMT-nin işgəncə üzrə xüsusi təhqiqatçısını Türkiyəyə səfər etməsinə icazə verməyə çağırıb.

XS
SM
MD
LG