Accessibility links

Human Rights Watch Ukraynanın şərqində dinc əhali arasında ölüm halları ilə bağlı istintaq aparılmasını istəyir


ABŞ-da fəaliyət göstərən insan haqları qrupu Almaniyanı şərqi Ukraynada Rusiyapərəst separatçılarla mübarizə aparan hökumət qüvvələrinin dinc əhaliyə zərər vermədiyini təmin etmək üçün Ukraynanın baş nazirinə təzyiq göstərməyə çağırıb.

Human Rights Watch təşkilatı çərşəmbə axşamı yaydığı bəyanatda bildirib ki, Ukraynanın ən yaxın mütttəfiqinin lideri olaraq Almaniya kansleri Angela Merkel Ukrayna baş naziri Arseniy Yatsenyuka Ukrayna qoşunlarının dinc əhalinin olduğu ərazilərdə müəyyən partlayıcı silahlardan istifadə etməmələri ilə bağlı xüsusi əmrlər verməsini vurğulamalıdır.

Xanım Merkel və cənab Yatsenyuk arasında cümə günü Berlində görüş planlaşdırılıb.

Bəyanatda həmçinin bildirilib ki, xanım Merkel hökumət qüvvələrinin ölkənin şərqində dinc əhali arasında ölüm hallarına görə məsuliyyət daşıdığına dair iddialarla bağlı əlavə istintaq aparılması üçün Ukrayna rəsmilərinə təzyiq göstərməlidir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG