Accessibility links

Human Rights Watch: Türkiyə hökuməti ziyalıları hədəf alıb


Türkiyə hökuməti minlərlə ziyalını işdən çıxarıb, yüzlərlə elm adamını təqib edir, akademiklərin işinə, tələbə etirazlarına müdaxilə edir. Bütün bunlar ölkədə özünüsenzuraya və akademik azadlığın aşınmasına aparır. Bunu “Human Rights Watch” insan haqları təşkilatı bildirir.

Türkiyə hökuməti ziyalıları hədəf alır, universitetlərə ziyan vurur. Akademiklər və tələbələr işdən çıxarılma, yaxud həbs riski ilə üzləşmədən, ziddiyyətli və tənqidi ideyaları azad şəkildə ifadə etməli, öyrətməli və araşdırmalıdırlar”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Huq Uilliamson deyib.

Təşkilat bildirir ki, hökumət terrorçuluq iddiaları, yaxud 2016-cı ilin çevriliş cəhdi ilə bağlı ittihamlarla ziyalıları kütləvi şəkildə işdən çıxarıb. Onlar qondarma terrorçuluq ittihamları ilə mühakimə olunur, yaxud onlarla bağlı təhqiqat aparılır. Hakimiyyət kampuslarda tələbə etirazlarına müdaxilə edir, tələbə fəalları təqib edir. Rəsmilər ziddiyyətli mövzularda akademik tədqiqatlara da basqı göstərir.

“ÇOX QORXURUQ”

Human Rights Watch-un bildirdiyinə görə, bütün bunlar qorxu mühiti, özünüsenzura yaradır, azadlıq, ifadə azadlığı kimi hüquqi öhdəliklərini pozmuş olur.

Qurum Türkiyədən 15 ziyalıdan müsahibə alıb. Onlardan yeddisi 2016-cı ilin 15 iyul çevriliş cəhdindən sonra tətbiq olunmuş fövqəladə vəziyyət çərçivəsində işdən çıxarılıb. Biri ölkəni tərk edib, hazırda xaricdə bir universitetdə işləyir. On üçünə qarşı cinayət təhqiqatı gedir, yaxud məhkəmələrini gözləyir. Birinə qarşı artıq hökm çıxarılıb və apellyasiya şikayəti verib.

Human Rights Watch müxtəlif universitetlərdən dörd tələbədən də müsahibə alıb. Qurum dindirilmə protokollarını, məhkəmə qərarlarını, hökmləri, mediada gedən məlumatları da nəzərdən keçirib.

Çox qorxuruq. Fikirlərimiz, baxışlarımız, cismimiz bütün tərəflərin zorakılığının hədəfindədir. İndi bir şeyi deməzdən, yaxud yazmazdan öncə iki dəfə deyil, üç-dörd dəfə düşünürük”, bir tələbə belə deyib.

2016-cı il çevriliş cəhdindən bəri 5 min 800-dən çox akademikin dövlət universitetlərindən çıxarıldığı bildirilir. Onlardan azı 378-i 2016-cı ildə Akademiklər Sülh Uğrunda petisiyasını imzalamış, hökumətin ölkənin cənubşərqində kürdlərə qarşı təhlükəsizlik əməliyyatını pisləmişdi.

Universitetlərin əsas rollarından biri vacib məsələlər üzrə forum keçirmək, ziddiyyətli məsələlərlə bağlı təqaüd ayırmaqdır. Türkiyənin akademik azadlığa hücumu təkcə universitetlərə deyil, bütünlükdə cəmiyyətə mənfi təsir göstərir”, Uilliamson deyib.

Rəsmi Ankara tənqidləri qəbul etmir, terrorçuluqla mübarizə apardığını bildirir. 2016-cı il çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülənin durduğunu iddia edir, Gülən isə ittihamları rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG