Accessibility links

Human Rights Watch: Anar Məmmədlinin həbsi görünməmiş və biabırçı qisas cəhdidir


Human Rights Watch
Human Rights Watch

Təşkilat Azərbaycan hökumətinin Anar Məmmədlini azadlığa buraxmağa çağırıb

Seçkilərin monitorinqi sahəsində görkəmli ekspertin həbsi mövcud hakimiyyətin seçkilərin saxtalaşdırılmasını araşdıran hər kəsin ağzını yummaq niyyətini göstərir. Human Rights Watch (HRW) beynəlxalq hüquq müdafiə təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə belə münasibət bildirib.

“Anar Məmmədlinin həbsi hökumətin öz tənqidçilərini susmağa məcbur etmək cəhdini əks etdirir. Hakimiyyət dərhal Məmmədlini azad etməli və ona qarşı bütün siyasi motivli ittihamları aradan qaldırmalıdır”, HRW-nin Qafqaz üzrə nümayəndəsi Giorgi Qoqiya bildirib.

A.Məmmədlinin rəhbərliyi ilə Seçkilərin Monitorinqi Mərkəzi sübut edib ki, 9 oktyabr prezident seçkiləri saxtalaşdırılıb və azad, ədalətli olmayıb. ATƏT missiyası da analoji rəy verib.

G.Qoqiya A.Məmmədlinin seçkilərin nəticələrinə təsir etmək məqsədilə “vəzifə səlahiyyətini aşmaqda” ittiham edilməsini “görünməmiş və biabırçı qisas cəhdi” adlandırıb.

Həbsdən sonra A.Məmmədlinin vəkil ilə görüşündən imtina edilib və əvəzində hakimiyyət ona öz vəkilini təqdim etməyə cəhd göstərib. Onun həbsdə saxlanmasına səbəb kimi prokurorluq A.Məmmədlinin xaricə qaça biləcəyinin mümkünlüyünü göstərib.

“Anar Məmmədlinin saxlanması üçün qanuni əsaslar olmadığından o, həbsdən azad edilməlidir”, - bəyanatda deyilir.

“Anar Məmmədlinin həbsi hakimiyyəti tənqid edən bütün fəallar üçün həyəcan siqnalıdır”, - Qoqiya vurğulayıb.

Azərbaycanın beynəlxalq tərəfdaşları A.Məmmədlinin dərhal azad edilməsi və ona qarşı siyasi motivli ittihamların götürülməsi üçün ölkə hakimiyyətinə təzyiq göstərməlidir.

Anar Məmmədli dekabrın 16-da saxlanıb və barəsində\ 3 aylır həbs qətimkan tədbiri seçilib.

Prokurorluq Anar Məmmədli və Bəşir Süleymanlını Cinayət Məcəlləsinin 192.2.2, (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq), 213.1 (fiziki şəxsin vergidən yayınması) və 308.2, (vəzifə səlahiyyətlərindən sui-istifadənin ağır nəticələrə səbəb olması), Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edib.

Anar Məmmədli, Bəşir Süleymanlı, Elnur Məmmədov ittihamları siyasi sifariş kimi qiymətləndirir. Onların fikrincə, sifarişə səbəb SMDTM-nin 9 oktyabr prezident seçkiləri ilə bağlı çoxsaylı qanun pozuntuları əks olunmuş hesabat yaymasıdır. Cinayət işi də məhz seçkilərdən sonra qaldırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG