Accessibility links

ABŞ səfirliyi autizm və uşaqların inkişafı üzrə məruzə təşkil edib


ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda autizm və uşaqların inkişafı üzrə məruzələr təşkil edilir.

Belə ki, martın 1-də Corctaun Universitetinin əlil və xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı üzrə dünya səviyyəli tanınmış məsləhətçisi, professor Tobi Lonq Bakı Dövlət Universitetində Autizm Spektr Pozuntuları mövzusunda 170-dən çox iştirakçı qarşısında məruzə ilə çıxış edib. İştirakçıların əksəriyyəti psixoloq, aspirant və əlil uşaqlarla işləyən insanlar olub.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, doktor Lonqun növbəti ictimai məruzəsi martın 6-da Baki Dövlət Universitetində "İnkişaf Pozuntuları" mövzusunda keçirilib və erkən uşaqlıq dövründə müəyyən edilən ümumi inkişaf pozuntuları və əlil uşaqlara, onların ailələrinə xidmət göstərilməsinə dair ümumi bir baxış təqdim edilib. Məruzədə inkluziv, ailə yönümlü, cəmiyyətə əsaslanan xidmət və dəstəyin zəruriliyi vurğulanıb.

Tobi Lonq Corctaun Universitetinin Pediatriya kafedrasının professoru və Uşaq və İnsan İnkişafı Mərkəzinin Tədris direktorudır. O həmçinin Corctaun Universitetinin təqdim etdiyi Erkən Müdaxilədə Məzun Sertifikat proqramının da direktorudur.

Dr. Tobi Lonq hazırkı səfərini tamamladıqdan sonra may ayında Bakı Tibb və Pedaqoji Universitetlərində yerli həmkarları ilə işləmək üçün Bakıya qayıdacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG