Accessibility links

Darfurda humanitar vəziyyət pisləşir


BMT humanitar agentliyi xəbərdarlıq edir ki, Sudanın iki rəqib silahlı qrupları arasında döyüşlər eskalasiya etdiyi və icmalararası gərginlik artdığı bir vaxtda qeyri-sabit Darfur regionunda mülki şəxslər üçün vəziyyət pisləşir.

Agentlik bildirir ki, Darfurun hər bir dörd tərəfində Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında yeni toqquşmalar “onlarla mülki vətəndaşı öldürüb, daha çoxunu yaralayıb, minlərlə insan didərgin düşün, mülki əmlak dağıdılıb və ya zədələnib.”

Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) xəbər verir ki, ötən həftə Cənubi Darfurda Nyalada ən azı 17 nəfər öldürülüb, 17 min nəfər təhlükəsizlik axtarışında evlərindən qaçıb.

Ofis bildirib ki, Şimali və Mərkəzi Darfurda hərbi toqquşmalar və icmalararası döyüşlər də qeydə alınıb, və orada da daha çox insan həlak olub və didərgin düşüb.

“Darfurlular keçmiş və indiki münaqişələrdə kifayət qədər əziyyət çəkib,” Humanitar Məsələlərin Koordinasiyası Ofisinin sözçüsü Yens Larke deyib.

“Ümumilikdə Sudanda 5.7 milyondan çox insan evlərindən didərgin düşüb və əhalinin yarısından çoxu, 25 milyon insan, hazırda humanitar yardıma möhtacdır,” o deyib.

OCHA-nın hesablamalarına görə, aprelin 15-də iki rəqib generalın ölkəni müharibəyə sürükləməsindən sonra təxminən 9000 adam həlak olub, minlərlə insan yaralanıb. İdarə məlumat verir ki, 4,6 milyon insan Sudan daxilində didərgin düşüb, 1 milyondan çox insan isə qaçqın kimi qonşu ölkələrə qaçıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, Sudandan qaçqın axınının qarşısı alınmaz olaraq görünür.

UNHCR-ın sözçüsü bildirib ki, hazırda Ağ Nil Ştatının xarici əlaqələr şöbəsinin müdiri Vilyam Spindler xəbər verir ki, son bir neçə gündə Sudandan Cənubi Sudana 10 mindən çox insan keçib.

“Biz son bir həftədə əvvəlki həftəyə nisbətən 15 faiz daha çox insanın gəldiyi gördük,” Spindler deyib.

Forum

XS
SM
MD
LG