Accessibility links

Rusiyada müharibə əleyhinə aksiyalarda yüzlərlə etirazçı saxlanılıb


Sankt-Peterburqun mərkəzində Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə etiraz edən şəxs polis tərəfindən saxlanılır, 13 mart, 2022-ci il.
Sankt-Peterburqun mərkəzində Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə etiraz edən şəxs polis tərəfindən saxlanılır, 13 mart, 2022-ci il.

Rusiyanın bir çox şəhərlərində bazar günü prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq nümayişlər keçirilir. Polisin 700-dən çox insanı saxladığı bildirilir.

Etiraz aksiyaları zamanı həbsləri monitorinq edən OVD-İnfo Moskvanı vaxtı ilə axşam saat 6:30-a qədər olan məlumata görə, Rusiyanın 37 şəhərində keçirilən nümayişlər zamanı polisin 745 nəfərdən çox etirazçını saxladığını bildirib. Müstəqil monitorinq qrupunun verdiyi məlumata əsasən, onlardan azı 353 nəfər paytaxt Moskvada saxlanılıb.

Paytaxt Moskvada etiraz aksiyasında iştirak edən Fransa xəbər agentliyi AFP-nin jurnalisti ən azı onlarla həbsin şahidi olduğunu və polisin mətbuat sənədləri olmayan bütün şəxsləri apardığını bildirib.

AFP-in məlumatına görə, iki polis tərəfindən aparılarkən bir gənc qadın “dünyaya sülh” bağırıb.

Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqda AFP çoxsaylı həbslər, o cümlədən bir etirazçının yerlə sürülüb aparıldığı haqda məlumat verib.

Şəhərin mərkəzi Nevski prospekti polis tərəfindən bağlanıb və yol kənarında onlarla polis furqonu dayanıb.

Keçən həftə sonu polis Rusiyada 5000-dən çox etirazçını həbs edib.

Etirazçılar küçələrə çıxaraq, pul cəriməsi və mümkün həbs cəzası riski ilə üzləşirlər.

Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başladığı vaxtdan bəri Rusiyada müharibə əleyhinə nümayişlərdə iştirak etdiyinə görə 14200-dən çox insan həbs edilib.

XS
SM
MD
LG