Accessibility links

Macarıstan və Çin strateji tərəfdaşlıq müqaviləsi imzalayıb


Çin Xalq Respublikasının prezidenti Şi Cinpinin Budapeştə səfəri zamanı Macarıstan və Çin arasında iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir sıra yeni sazişlər imzalanıb.

Macarıstan və Çin rəsmiləri strateji tərəfdaşlıqla bağlı daha 18 saziş və anlaşma memorandumu imzalayıb.

Mətbuat brifinqində heç bir böyük investisiya barədə məlumat verilməyib.

Çin liderinin beş günlük Avropa turnesinin son dayanacağı Budapeştdə Şi Cinpin və Macarıstanın Baş naziri Viktor Orban arasında danışıqlar aparılıb. Bundan əvvəl Şi Cinpin Serbiya və Fransaya səfər edib.

Brifinqdə Orban iki ölkə arasındakı "daimi, davamlı dostluğu" yüksək qiymətləndirib və Macarıstanın Çin investisiyalarını qəbul etməyə davam edəcəyinə söz verib.

Orban "Sədri əmin etmək istərdim ki, Macarıstan Çin şirkətlərinin ölkəmizə sərmayə qoyması üçün ədalətli şərait yaratmağa davam edəcək və biz ən müasir Qərb və ən müasir Şərq texnologiyalarının Macarıstanda əməkdaşlıq qurması üçün imkan yaradacağıq" deyib.

Pekin Macarıstana milyardlarla dollar sərmayə qoyub və onu 27 ölkənin daxil olduğu Avropa İttifaqında mühüm dayaq kimi görür.

Forum

XS
SM
MD
LG