Accessibility links

Macarıstan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı səsverməni təxirə salır


Macarıstan baş nazirin müavini Zolt Semjen
Macarıstan baş nazirin müavini Zolt Semjen

Macarıstan parlamentində İsveç və Finlandiyanın NATO-ya üzvlük təkliflərinin ratifikasiyası ilə bağlı uzun müddətdir təxirə salınan səsvermənin yüksək vəzifəli hökumət rəsmisinin təklifindən sonra yenidən təxirə salınacağı ehtimal edilir.

Macarıstanın hvg.hu xəbər saytının çərşənbə axşamı dərc etdiyi məktubda baş nazirin müavini Zolt Semjen martın 20-də başlaması və iki Skandinaviya ölkəsinin hərbi alyansa qoşulması ilə bağlı səsvermə keçirməsi planlaşdırılan parlament iclasının təxirə salınmasını istəyib.

Semjen gecikməyə səbəb kimi Macarıstanın Avropa İttifaqının icraedici orqanı ilə Budapeştin blokun qanunun aliliyi tələblərini pozması ilə bağlı davam edən danışıqlarını göstərib. Özü də Semjenin hakim koalisiyasının üzvü olan Macarıstan parlamentinin spikeri təxirə salınma tələbini təsdiqləməlidir.

NATO-ya üzv olan Macarıstan Türkiyədən sonra yeganə ölkə olaraq, iki Skandinaviya ölkəsinin Qərbin hərbi ittifaqına qoşulmaq haqda müraciətlərini hələ təsdiqləməmiş yeganə NATO üzvü olaraq qalır.

Martın 2-də ratifikasiya səsverməsi iki həftə təxirə salındı. Belə ki, Macarıstan İsveç və Finlandiyaya "siyasi mübahisələri" həll etmək üçün nümayəndə heyətini göndərib və bu, hakim partiyadan olan bəzi qanunvericilər arasında NATO-ya müraciətləri dəstəkləyib-dəstəkləməməklə bağlı şübhələrə səbəb olub.

Bununla belə, nümayəndə heyətinin üzvləri İsveç və Finlandiya rəsmiləri ilə görüşləri müsbət qiymətləndirərək, vaxt cədvəli göstərmədən Macarıstan parlamentinin təklifləri bir müddət sonra ratifikasiya edəcəyinə işarə edib.

XS
SM
MD
LG