Accessibility links

Macarıstanın Baş naziri Orban deyib ki, Trampın Ukrayna müharibəsini bitirmək planı maliyyəni kəsməkdir


Macarıstanın Baş naziri Viktor Orban ABŞ-da Donald Trampla təkbətək görüşdən sonra ölkəyə qayıdaraq, keçmiş prezidentin Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə bitəcəyi ilə bağlı “olduqca ətraflı planlarının” olduğunu və münaqişənin sona çatmasını tezləşdirmək üçün Kyivə bundan sonra maliyyə yardımı etməyəcəyini deyib.

Hökumətinin Moskva ilə əlaqələrini qoruyan və Kyivə silah göndərməkdən imtina edən Orban Trampla görüşündən sonra martın 10-da dövlət M1 televiziyasına verdiyi müsahibəsində “Aydındır ki, Ukrayna təkbaşına ayaqda qala bilməyəcək" deyib.

Macarıstan Baş nazirinin səfəri ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar tərəfindən Kyivə pul göndərilməsini dəstəkləmək üçün sərhəd təhlükəsizliyi tədbirlərinin qəbul edilməsində israr edən 60 milyard dollarlıq yardım paketinin saxlandığı bir vaxta təsadüf edib. ABŞ Senatı artıq paketi təsdiqləyib, paketin böyük hissəsi Ukraynanın ABŞ silahları və hərbi texnikası alması üçündür.

Noyabr ayında keçiriləcək prezident seçkiləri üçün partiyanın ehtimal olunan namizədi ABŞ-ın Demokrat prezidenti Co Bayden yardım paketini dəstəkləsə də, daha təcridçi olan Tramp qanun layihəsini tənqid edib.

"O, Ukrayna-Rusiya müharibəsinə bir qəpik də verməyəcək və buna görə də müharibə başa çatacaq" - deyə, Orban seçkilərdə Respublika Partiyasının namizədi olmaq ərəfəsində olan Trampa istinadən bildirib.

Orban Avropa İttifaqında Rusiya prezidenti Vladimir Putin kimi avtokratik liderlərlə əlaqələri davam etdirdiyi üçün blokun əksər liderləri ilə münasibətlərini pozub.

Keçən həftə ABŞ-a səfər edən Orban burada mühafizəkar İrs Fondunda çıxış edib. Daha sonra Floridadakı Mar-a-Laqo iqamətgahında Trampla görüşüb. Səfəri zamanı o, Ağ Evlə hər hansı görüşdən imtina edib.

Forum

XS
SM
MD
LG