Accessibility links

İran Azərbaycanında Huntay adlı uşağa 3 ildir şəxsiyyət vəsiqəsi verilmir


İran Azərbaycanının Culfa şəhərində yaşayan Mehrəlibəyli ailəsi övladlarının doğumundan 3 il keçməsinə baxmayaraq, şəxsiyyət vəsiqəsi ala bilmir. İran Qeydiyyat İdarəsi Mehrəlibəyli ailəsinin uşaqlarına Huntay adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

İran Azərbaycanında Huntay adlı uşağa 3 ildir şəxsiyyət vəsiqəsi verilmir
please wait

No media source currently available

0:00 0:15:24 0:00

Huntay adlı uşağın atası Taymaz bəy Mehrəlibəyli Amerikanın Səsi ilə söhbətdə övladına Huntay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməsi üçün apardığı səylər və rəsmilərin yanaşması haqda məlumat verib.

Ankara Universitetində qida mühəndisliyi üzrə təhsil alan Taymaz Mehrəlibəyli deyir ki, Huntaya şəxsiyyət vəsiqəsinin verilməməsi İranda digər türk uşaqlar kimi sadəcə adının tam türkcə olduğu üçündür. Huntayın atasının bildirdiyinə görə, şəxsiyyət vəsiqəsi almaq ailəsi üçün ibtidai vətəndaşlıq haqqıdır və ölkənin konstitutiyasına zidd deyil.

İranda ailələrin uşaqlarına türk adı seçməsi və qeydiyyat idarəsinin bu adlara qarşı çıxaraq şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi son illərdə xüsusilə İran Azərbaycanı bölgəsində daha çox müşahidə olunur.

“Burada illərdir milli düşüncə qapsamlı hərəkətlərdən sayılan türkcə ad qoyma gələnəyi çərçivəsində bir çox türk adı şəxsiyyət vəsiqəsi verən idarənin siyahısına keçmişdir ancaq hələ bir çox türkcə adla müxalifət edilir” - deyə, Taymaz Mehrəlibəyli qeyd edib.

İranda ailələr sadəcə Qeydiyyat İdarəsi tərəfindən təsdiq edilən adlar siyahısından uşaqları üçün ad seçə bilirlər. Siyahıda olmayan ad ilə övladına şəxsiyyət vəsiqəsi almaq istəyən ailələr aylar və bəzən illərlə bürokratiya və məhkəmə prosedurları ilə məşğul olmaq məcburiyyətində qalırlar.

Taymaz Mehrəlibəyli müsahibədə bildirib ki, Qeydiyyat İdarəsi Huntay adı ilə müxalifətinin səbəbini bu adın İranlı olmadığını irəli sürür.

“Bir halda ki, türkcə adlar İranik kimlik daşımır deyə qarşılıq verilir İranlı ad olmayıb da yunanca və ya başqa ölkələrdən kültürlərdən gələn onlarla ad İranda uşaq adları siyahısında qeyd olunub. Bu bir çirkin ayrı-seçkilik əməlidir” - deyə, o bildirib.

Mehrəlibəyli deyir ki, Huntaya şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün tibbi sığorta qeydiyyatı qəbul edilmir, "buna görə isə uşaq dərmanları və müayinə xərclərinin hamısını ödəmək məcburiyyətində qalırlar".

O bütün çətinliklərə baxmayaraq, həmin adla İranın Qeydiyyat İdarəsindən şəxsiyyət vəsiqəsi almağa cəhd edəcəyini və ümidli olduğunu deyir. Mehrəlibəyli son olaraq Huntaya şəxsiyyət vəsiqəsi ala bilmək üçün məhkəməyə müraciət etdiyini, lakin məhkəmənin də Qeydiyyat İdarəsinin lehinə qərar çıxardığını deyib.

Uşaq anadan olandan ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd olunub.

İranda şəxsiyyət vəsiqəsi olmayan bir vətəndaş sosial xidmətlərdən faydalana bilmir və belə vəziyyətlərdə uşaqlara şəxsiyyət vəsiqəsinin verilməməsi insan hüquqlarına qarşı olmaqla bərabər, onları ciddi problemlərlə də üzləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG