Accessibility links

Hanter Bayden ailəsini qorumaq üçün federal vergi ittihamlarında günahkar olduğunu etiraf edib


Hanter Bayden
Hanter Bayden

Prezident Co Baydenin oğlu Hanter cümə axşamı federal vergi ittihamları ilə əlaqədar günahını etiraf edib. Onun dediyinə görə, belə gözlənilməz addımı bir neçə ay əvvəl silah işi ilə bağlı mühakimə olunduqdan sonra ailəsini başqa bir ağrılı və utancverici cinayət məhkəməsindən uzaq tutmaq üçün atıb.

1,4 milyon dollar vergidən yayınmaqda günahlandırılan Hanter Bayden prokurorlarla razılıqdan faydalanmadan ittihamları qəbul etmək qərarını münsiflər heyətinin seçilməsinə başlanmasından bir neçə saat sonra verib.

İyun ayında keçirilən və onun kokaindən asılılıqla mübarizəsinə dair xoşagəlməz və nalayiq təfərrüatların üstünü açan məhkəmədə ağır silah ittihamından təqsirli tanınan prezidentin oğlunu mümkündür ki, həbs cəzası gözləyir.

Vergi ilə əlaqədar məhkəmədə potensial olaraq daha da nalayiq dəlilləri, eləcə də Hanter Baydenin xaricdəki biznes sövdələşmələrinin təfərrüatlarını ortaya qoyacağı gözlənilirdi. Respublikaçılar həmin biznes sövdələşməlirdən istifadə edərək, Bayden ailəsini korrupsiyalaşmış kimi qələmə verməyə çalışırlar.

"Mən ailəmi daha çox ağrıya, şəxsi həyata daha çox müdaxiləyə və lazımsız utanca məruz qoymayacağam. Bu illər ərzində onlara yaşatdığım hər şeyə görə mən onları bundan uzaq tutmaq və günahımı etiraf etmək qərarına gəldim" - deyə, Hanter Bayden qərarından sonra elektron poçtla göndərdiyi açıqlamasında bildirib.

Prezident Baydenin 2024-cü il prezident seçkilərində namizədliyini geri çəkmək qərarı oğlunun vergidən yayınma ilə bağlı məhkəməsinin potensial siyasi nəticələrini aradan qaldırsa da, məhkəmənin, 50 illik siyasi karyerasının son aylarında prezident üçün ağır emosional yükə səbəb olacağı gözlənilirdi.

Hakim doqquz ittihamın hər birini oxuduqca 54 yaşlı Hanter Bayden "günahkaram" deyə cavab verib. İttihamlar 17 ilə qədər həbs cəzasını nəzərdə tutsa da, federal hökm qanunları altında ona çox daha qısa cəzanın tələb ediləcəyi güman edilir. Onu 1,35 milyon dollara qədər cərimə gözləyir.

Hanter Baydenin hökmün oxunması üçün dekabrın 16-da ABŞ-ın Dairə Məhkəməsinin hakimi Mark Skarsinin qarşısına çıxacağı gözlənilir ki, onu vəzifəyə sabiq Prezident Donald Tramp təyin edib.

Forum

XS
SM
MD
LG