Accessibility links

Hüquq-müdafiəçiləri və jurnalistlər cənub bölgəsinə səfər edib


Hüquq-müdafiəçiləri və jurnalistlər cənub bölgəsinə səfər edib
Hüquq-müdafiəçiləri və jurnalistlər cənub bölgəsinə səfər edib

Araşdırma qrupu Cəlilabad, Masallı və Lənkəran rayonlarında olub

Hüquq-müdafiəçilərindən və jurnalistlərdən ibarət araşdırma qrupu Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının rəhbəri Təzəxan Mirələmlinin və onun oğlunun həbs şəraiti ilə tanış olmaq məqsədilə cənub regionuna səfər edib. Təzəxan Mirələmli ötən həftə məhkəmə zamanı 14 yaşlı oğlu Vasifin hüquqlarının pozulmasına etiraz etdikdən sonra həbs olunub. Nümayəndə heyətinin üzvləri qətldə ittiham edilən yeniyetmənin saxlandığı rayon polis şöbəsində olub. Yalnız İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov Vasif Mirələmlinin saxlandığı kameraya buraxılıb.
Araşdırma qrupuna daxil olan Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna bildirib ki, görüşdən sonra Elçin Behbudov Vasif Mirələmov saxlanma şəraitindən və hər hansı təzyiqlərin olmasından şikayətlənmədiyini deyib.

Eyni zamanda Vasif Mirələmli hüquq müdafiəçisinə bildirib ki, həbs olunduqdan dərhal sonra Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini ona təzyiq göstərərək həmyaşıdını atasını təhqir etdiyinə görə bıçaqlamadığını etiraf etməsini tələb edib.

Sonra nümayəndə heyəti Cəlilabad rayonundan Masallı rayon mərkəzinə gedib. Orada icra hakimiyyətinə etiraz olaraq aclıq aksiyası keçirənlərə baş çəkib. Nümayəndə heyəti daha sonra Lənkəran şəhərinə yola düşüb və həbsdə olan Təzəxan Mirələmliyə baş çəkəcək.

Xatırladaq ki, Təzəxan Mirələmli dekabrın 16-da xuliqanlığa görə 10 sutka həbs cəzası alıb. O, məhkəmə prosesində qətldə ittiham edilən 15 yaşlı oğlunu məhkəmə nəzarətçiləri və dövlət ittihamçısının təzyiqlərindən qorumağa cəhd edib. Vüsal Mirələmli Cəlilabad məktəbinin 8-ci sinif şagirdidir. O, aprelin 5-də məktəbin 10-cu sinif şagirdi Cavanşir Həsənlini öldürməkdə ittiham edilir. V. Mirələmlinin atası aprelin 2-də Bakıda etiraz aksiyasında tutulduğu və şəkli qəzetlərdə çap edildiyi üçün sonuncu öz yoldaşları ilə onu ələ salıb.

XS
SM
MD
LG