Accessibility links

Hökumətə müdafiə hüququnun təkmilləşdirilməsi il bağlı təkliflər verilib


Hüquq sistemi
Hüquq sistemi

Azərbaycanın bir qrup hüquqşünası, siyasi partiya, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri noyabrın 25-də "Müdafiə hüququnun problemləri: reallıqlar və perspektivlər" mövzusunda elmi-təcrübi konfransda iştirak edib.

Konfrans hüquqşünaslar və ictimai xadimlər - Qurban Məmmədov və Mətləb Mütəllimli, habelə hüquqşünas-jurnalist Əvəz Zeynallı tərəfindən təşkil olunub.

Görüşdə öncə vəkilliklə məşğul olmuş hüquqşünaslar Xalid Bağırov, Namizəd Səfərov, Fuad Ağayev və başqaları məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları Milli Məclisin oktyabrın 31-də qanunvericiliyə qəbul etdiyi məhkəmələrdə vətəndaşların təmsil olunması institutunu faktiki olaraq ləğv edən düzəlişlərlə bağlı narahatlıqlarını bildirib. Dəyişikliklərə əsasən, 1 yanvar 2018-ci ildən etibarən bütün işlər üzrə məhkəmələrdə vətəndaşları yalnız peşəkar vəkillər - Vəkillər Kollegiyasının üzvləri təmsil edəcək. Nümayəndəlik institutunun rolu minimuma endirilir. Vəkillərdən başqa, mülki və inzibati işlərə vətəndaşların yalnız yaxın qohumları, hüquqi şəxslərdə isə ştatlı işçiləri çıxa bilər. Konfrans iştirakçıları yekdilliklə qeyd ediblər ki, Azərbaycanın adam başına düşən vəkil sayına görə Avropada sonuncu yerlərdən birini tutduğu bir şəraitdə sözügedən dəyişikliklər faktiki olaraq vətəndaşları müdafiədən məhrum edəcək. 10 milyon əhaliyə düşən 934 vəkil məhkəmələrdə vətəndaşların müdafiəsinin təmin edilməsinin öhdəsindən gələ bilməyəcək.

Konfrans iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevə və parlamentin spikeri Oqtay Əsədova müraciət qəbul edib. Sənəddə müdafiə sistemində islahatlarla bağlı təkliflər irəli sürülüb.

İlk növbədə respublikada cinayət, mülki və inzibati işlərdə vətəndaşların müdafiə hüquqlarının və onlara keyfiyyətli hüquqi yardım göstərilməsinin real vəziyyətini müzakirə etmək üçün vəkillərin, nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların, məhkəmə sədrlərinin, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Təhlükəsizlik Xidməti və Penitensiar Xidmət rəhbərlərinin iştirakı ilə prezident yanında ictimai müzakirələr keçirmək təklif olunur.

Daha sonra qanunvericiliyə məhkəmələrdə vəkil olmayan şəxslərin nümayəndə kimi çıxış etməsini qadağan edən dəyişikliklərin qüvvəyə minməsini 1 dekabr 2018-ci ilə qədər təxirə salmaq təklif olunur.

Vəkillər Kollegiyasına yeni üzvlərin qəbulu prosesini sürətləndirmək təklif olunur. Bu zaman məhkəmələrdə nümayəndə kimi çıxış edən hüquqşünasları 1 yanvar 2018-ci ilə qədər ilkin şərtsiz Vəkillər Kollegiyasına qəbul etmək təklif olunur.

Vəkillərin prokurorluq və digər istintaq orqanlarının təqdimatı əsasında səlahiyyətlərdən məhrum edilməsi təcrübəsinə son qoymaq tövisyə olunur.

Müraciət müəllifləri Vəkillər Kollegiyasından çıxarılmış vəkillərin səlahiyyətlərinin bərpasını vacib sayır (cinayət törətdiklərinə görə mühakimə olunan şəxslər istisna olmaqla).

Dövlət hesabına hüquqi yardım göstərən xüsusi vəkillər qurumu yaradılması və onların yüksək qonorar və apardıqları işlərin xarakterinə və həcminə görə əlavə ödənişlərlə təmin edilməsi təklif olunur.

Həmçinin, Cinayət-Prosessual, Mülki-Prosessual və İnzibati-Prosessual məcəllələrə təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin, iddiaçıların, cavabdehlərin öz vəsatətləri əsasında istənilən şəxsi müdafiəçiləri və nümayəndələri təyin etməsinə imkan verən normalar əlavə etmək tövsiyə olunur.

Müraciət müəllifləri yeni üzvlərin qəbulundan sonra Vəkillər Kollegiyasının rəhbər orqanlarını yenidən formalaşdırmağı təklif edir.

Bundan başqa, Vəkillər Kollegiyasına daxil olmaq üçün imtahanın ləğvi, onun yerinə illik staj keçmə qaydasının tətbiq edilməsi zərurəti qeyd edilir.

Eyni zamanda, Vəkillər Kollegiyasına qəbul üçün üç illik hüquqi staj tələbinin ləğv edilməsi təklif olunur.

Vəkil yalnız məhkəmə hökmü qüvvəyə mindikdən sonra vəkillik fəaliyyəti ilə bağlı cinayət törədilməsinə görə və ya vəkil statusu ilə bir araya sığmayan əməllər törədilməsinə görə səlahiyyətlərindən məhrum edilə bilər.

Həmçinin, alternativ vəkillər kollegiyalarının qurulması üçün şərait yaradılması tövsiyə olunur.

Sonda vəkilləri bütün vergilərdən azad etmək təklif olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG