Accessibility links

Polis şöbəsində öldüyü bildirilən şəxslə bağlı prokurorluqda cinayət işi başlanıb


Qazax rayon Prokuroluğunda Elmir Axundovun ölümü ilə bağlı Cinayət Məclləsinin 123-cü maddəsi (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi başlanıb, istintaq gedir. Bu barədə Qazax rayon Prokurorluğundan Amerikanın Səsinə bildirblər.

Prokurorluq əməkdaşı ölümün detalları, nə vaxt və harada baş verməsi ilə bağlı suallara “istintaq sirri” olduğu üçün cavab verməyib.

Azadlıq qəzetinin Facebook səhifəsində (https://www.facebook.com/azadliqqazeti/videos/470792580092869/) Elmir Axundov adında şəxsin Qazax rayon Polis Şöbəsində döyülərək öldürülməsi barədə məlumat və şəxsin bədənində çoxsaylı qançır izləri olan cəsədinin videosu yayılıb. Videoda naməlum bir şəxs bildirir:

“Dünən axşam Qazax rayon Polis Bölməsinə dindirılmək üçün aparılaraq işgəncə verilib öldürülən Elmir Axundovun son görüntüləri yayılıb”.

Bununla yanaşı, hər hansı rəsmi qurum videoda yayılan cəsədin Elmir Axundovun olduğunu təsdiq etməyib.

Öz növbəsində Qazax rayon Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, hadisə sentyabrın 25-də baş verib.

“Elmir Axundovu polis şöbəsinə dəvət etmişdilər. Burada onun halı pişləşib və o, Diaqnostika Mərkəzinə aparılıb”, növbətçi hissədən hadisənin detalları ilə bağlı məlumat verilməyib.

XS
SM
MD
LG