Accessibility links

Metyu qasırğanın vurduğu zərərin miqyası hesablanır [Video]


Metyu qasırğanın vurduğu zərərin miqyası hesablanır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Bir neçə gün ərzində bir neçə ölkəni təsirinə məruz qoy Metyu qasırğası zəifləyərək geri Atlantik okeanına dönüb. Qasırğanın vurduğu ölkələrdə zərərin miqyası hesablanır. Qasırğa dünyanın ən yoxsul ölkələrindən biri olan Haitidə təxminən 900 insanın həyatına son qoyub.

Haitidə ölənlərin dəfn mərasimləri keçirilir. Metyu qasırğası nəticəsində ölənlərin sayı barədə dəqiq məlumat yoxdur. Su çəkildikcə yeni cəsədlər aşkar edilir. Lakin başqa ölkələrin yardımı olmadığı təqdirdə suyun səbəb ola biləcəyi vəba və digər xəstəliklərdən ölənlərin sayının daha çox olması etimalı var.

Roma Papası Frensis dağıntılar barədə xəbəri ürək ağrısı ilə qarşıladığını deyib. “Mən əmin edirəm ki, həmin insanlara yaxınam və beynəlxalq ictimaiyyət, Katolik birlikləri və xoşməramlı insanlarla həmrəyəm. Mən hamını birlikdə oradakı bacı və qardaşlarımız üçün dua etməyə çağırıram.”

Nisbətən zəifləyən qasırğa Kubaya daha az ziyan vurub və oradan Baham adaları, sonra isə Birləşmiş Ştatların cənub-şərq sahillərinə yetişib. Qasırğa Florida, Corciya, Şimali və Cənubi

Karolina şatatlarının bir hissəsində daşqınlara səbəb olub. Qasırğanın təsirinə məruz qalmış ərazilərdə çəkilən videolarda dağılan evlər və biznes müəssisələri, qırılmış ağaclar və elektrik dirəkləri, infastruktura dəymiş zərəri görmək olur. “Elə bil Fleqler Biçə bomba düşüb” deyə, Florida sakini bildirir. Digər Florida sakini isə ilk dəfədir bu çosse yolunun belə dağıldığını deyir.

Rəsmilər sakinləri sel basan ərazilərdən uzaq durmağa çağırır. Cənubi Karolina ştatının qubernatoru Nikki Heyli: “Mən bunu ciddi vurğulamaq istıəyirəm, məsələn, yolda su görürsünüz, bilmirsiniz suyun altından elektrik naqili keçir ya yox. Bilmirsiniz suyun altındakı yol çöküb, ya yox. ”

Güclü yağışlar Şimali Karolinaya hələ keçən həftə öz təsirini göstərib. Metyu qasırğası çoxu Şimalı Karolina olmaqla, Birləşmiş Ştatlarda təxminən 20 insanın həyatına son qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG