Accessibility links

Fiona saatda 210 km sürətli küləklə Bermud adalarına doğru irəliləyir


ABŞ sinoptikləri Fiona qasırğasının Bermud adalarına doğru irəlilədikcə gücləndiyini bildirib.

Milli Qasırğa Mərkəzinin (NHC) bildirdiyinə görə, Fiona saatda 13 kilometr sürətlə şimala doğru istiqamət alıb. Qasırğanı müşayiət edən küləyin sürəti saatda 210 km-dir. Bu, qasırğanı 5 kateqoriyalı şkalada 4-cü kateqoriyaya çatdırıb.

Milli Qasırğa Mərkəzi Fionanın cümə axşamı Bermud adalarına çatacağını bildirib. Sinoptiklər Bermud adaları üçün tropik fırtına saatlarınin cədvəlini hazırlayıb.

Fiona çərşənbə axşamı Britaniyanın nəzarətində olan Torks və Kaykos arxipelaqını güclü külək və leysan yağışları ilə vurub. Fırtına əsas Qrand Torku vurduğu üçün rəsmilər 38 min əhali üçün sığınacaqla bağlı göstəriş verib.

Qubernator müavini Anya Vilyams Qrand Tork və digər dörd adada elektrik enerjisinin kəsildiyini, lakin xəsarət alan və ya ölənlərin olmadığını bildirib. Milli Qasırğa Mərkəzi çərşənbə günü Torks və Kaykos adalarına əlavə olaraq 2-7 santimetr yağış yağacağını proqnozlaşdırıb.

Fiona Tork və Kaykos adalarına çatmazdan əvvəl bazar günü təxminən 90 santimetr yağışla ABŞ-ın Puerto-Riko adasında güclü daşqınlara səbəb olub, adanın milyonlarla sakininin elektrik enerjisi kəsilib.

XS
SM
MD
LG