Accessibility links

İdalia fırtınası Florida ştatına çatır


ABŞ-ın cənub-şərqindəki Florida ştatı hazırda 4-cü kateqoriyaya aid olan İdalia fırtınasının sahilə çıxmasına hazırlaşır və sinoptiklər sahilyanı ərazilərin "fəlakətli fırtına daşqınları" yaşayacağını gözləyir.

Fırtınanın mərkəzi saatda 215 kilometr davamlı küləklə Körfəz sahillərinə yaxınlaşdıqca İdalia Floridaya güclü yağışlar gətirib.

Milli Qasırğa Mərkəzi Idalianın Big Bend bölgəsində quruya çatmasından saatlar əvvəl daha da güclənərək, ikinci ən güclü səviyyə olan 4-cü kateqoriyaya çatdığını bildirib.

Fırtına dalğasının birbaşa təsirinə məruz qalan əraziləri yer səviyyəsindən 3-5 metr yüksəklikdə su basa bilər.

Rəsmilər fırtınanın yolundakı 8 bölgəyə məcburi təxliyə əmri verib. Digər 14 bölgədəki insanların da həmin əraziləri tərk etməyə təşviq edib.

Xilasetmə və təmir işlərinə hazırlıq çərçivəsində 5500-ə yaxın Milli Qvardiyanın əsgəri işə cəlb edilib və 30 mindən çox kommunal işçi fırtınanın gəlişini gözləyir.

Sinoptiklər, həmçinin bildiriblər ki, dağıdıcı küləklər çərşənbə günü Florida və qonşu Corciyaya qədər olan ərazilərə təsir edəcək, cümə axşamı isə güclü yağışlar Şimali Karolina və Cənubi Karolina ştatlarına da təsir edəcək.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG