Accessibility links

Li fırtınası şimala doğru irəlilədikcə küləyin sahəsi genişlənir


Sentyabrın 6-da Atlantik okeanında baş qaldıran və 5-ci kateqoriyaya yüksələn Li fırtınası cümə axşamı şimalda davam edərək, Bermud adalarında tropik fırtına xəbərdarlığına səbəb olub. Fırtına quruya doğru irəliləyərək, şənbə günü üçün ABŞ-ın şimal-şərqi və Kanadanı təhdidə çevrilib.

ABŞ Milli Qasırğa Mərkəzi son hesabatında qasırğanın Bermud adalarından 425 kilometr cənub-qərbdə və ABŞ-ın şərq sahilində Massaçusets ştatının Nantaket adasından təxminən 1280 kilometr cənub-şərqdə olduğunu bildirib. Li saatda 155 km sürətli davamlı küləklərlə 2-ci kateqoriyaya aid tufan olaraq qalır.

Li qərbə doğru irəliləyərkən Bermud adalarında tropik fırtına şəraiti, güclü küləklər, güclü dalğa və iki ilə beş santimetr yağış yağacağı bildirilib.

Rəsmilər yüksək dalğalarla bağlı xəbərdarlıqlar edib, məktəbləri bağlayıb və bərə xidmətlərini dayandırıb.

Sinoptiklər qasırğanın yaxın günlərdə ABŞ-ın New England regionuna və Kanadanın şərqindəki sahilyanı vilayətlərə yaxınlaşacağının gözlənildiyini bildirib.

Kanadanın Qasırğa Mərkəzinin bildirdiyinə görə, fırtına tədricən zəifləyəcək, lakin ölçüsü genişlənəcək, şənbə günü axşam və ya bazar günü səhər zəifləyəcək.

Forum

XS
SM
MD
LG