Accessibility links

Hüseyn Paşayi: Əfqanıstanda vətəndaş cəmiyyəti quruculuğu qarşısında problemlər hazırkı vəziyyətə gətirib çıxardı


Hüseyn Paşayi

Siyasi eskpert Hüseyn Paşayi Amerikanın Səsi ilə söhbətdə keçən 20 il ərzində Əfqanıstanda demokratikləşmə və siyasi konsolidasiya cəhdlərinin uğursuzluğunun səbəblərini şərh edib.

Hüseyn Paşayi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Paşayi Əfqanıstanda baş verən hadisələr haqda danışaraq, 20-ci əsrin əvvəllərində başlanan milli dövlət qrucululğu və bu prosesin uğursuz nəticələnməsini qeyd edir. O, Əfqanıstanda vətəndaş cəmiyyətinin formalaşması qarşısında problemlərdən danışır.

Təəssüf ki, son illərdə bu xaosların yaşandığı ölkələrdə bu sivil toplum qurumları yaranmamışdı. İbtidai şəklində də yaranmamışdı.

“Bu 20 il ərzində nə oldu? Əfqanlar bacarmadı, yoxsa amerikalılar orada bir dövlət qura bilmədi? Bunun kökü yenə qayıdır ulus-dövlət inşası prosesinə ki, 20-ci əsrin başında başlamışdı. Amma bu prosesdə o bağlılıq, o sədaqət ki, bir vətənə, bir millətə və bir ulus-dövlətə yarana bilər, Əfqanıstanda yaranmadı,” siyasi ekspert söyləyir.

Amerikanın Səsinə danışan siyasi fəal Oğuz Türk isə Əfqanıstanda bir əsrdən artıqdır yürüdülən “pəştunlaşdırma” siyasətinin Əfqanıstanda milli dövlət quruculuğuna əngəl olduğunu ifadə edib.

Paşayi son vaxtlar qanlı daxili müharibələrin yaşandığı Liviya, Yəmən və Suriyada da oxşar problemin mövcud olduğunu önə çəkir:

“Bu Əfqanıstan üçün özəl bir durum deyil. Suriya məsələsi də var idi. Liviya, Yəməndə də var idi. Modern orqanların yəni, sivil toplumun formalaşmadığı ölkələrdən danışırıq. Belə ölkələrdə güc vakuumu yarandığı zaman təbiidir ki, mərkəzdən uzaqlaşmaq istəyən qruplar orada xaos yaratmağa çalışacaqlar. Təəsüf ki, son illərdə bu xaosların yaşandığı ölkələrdə bu sivil toplum qurumları yaranmamışdı. İbtidai şəklində də yaranmamışdı.”

“Əfqanıstanda baxmayaraq ki, son 20 ildə sivil toplum qurumlarını inşa etməyə çalışdılar, amma infrastrukturları olmadığı üçün, vətən anlayışı olmadığı üçün gördüyümüz kimi bunların hamısı sərab (ilğım) kimi oldu. Özəlliklə Əfqanıstan kimi, Yəmən kimi ölkələrdə bunun tarixi keçmişi yoxdur,” politoloq əlavə edir

Paşayi həmçinin Talibanın beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstanın hökuməti kimi tanınıb-tanınmayacağı ilə bağlı fikirlərini ifadə edib.

Qərb Talibanı gözardı etsə, o tərəfdən Qərbin regional və qlobal rəqibləri, Rusiya olsun, Çin olsun, Əfqanıstanı Qərbin əlindən çıxaracaqlar. Yəni bu əslində bir rəqabət məsələsidir.

“Bu gün Taliban mübahisəsiz Əfqanıstanın hakimiyyətini ələ alıb. Pəncşirdə bir qrup dirənmək istədi, amma onları da qısa müddətdə yığışdırdılar. Talibanın bölgədə ənənəvi dostları var. Məncə, dünya güclərinin də başqa çarələri olmayacaq. İndi rəsmi olaraq tanısalar da, tanımasalar da, Talibanı göz ardı edə bilməzlər,” siyasi ekspert qeyd edir.

Hüseyn Paşayi deyir ki, böyük qüdrətlərin Talibana ehtiyacı var və Taliban bunun fərqindədir.

“Qərb Talibanı gözardı etsə, o tərəfdən Qərbin regional və qlobal rəqibləri, Rusiya olsun, Çin olsun, Əfqanıstanı Qərbin əlindən çıxaracaqlar. Yəni bu əslində bir rəqabət məsələsidir. Taliban bunun çox yaxşı fərqində idi. Bu gün dünyanın Talibana Talibanın dünyaya olan ehtiyacından daha çox ehtiyacı var,” Hüseyn Paşayi bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG