Accessibility links

Hüseyn Abdullayev axtarışa verilib


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

Keçmiş deputat vergidən yayınmaqda günahlandırılır. Abdulayevin bəstələdiyi “Susma” mahnısının klipində müxalifətin etiraz aksiyalarındakı zorakılıqlar əks olunub

Sabiq millət vəkili, tanınmış iş adamı Hüseyn Abdullayev axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından APA agentliyinə verilən məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb.

Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Hüseyn Abdullayev iqtidarın qızğın müdafiəçisi kimi tanınmışdı. O biznes sahəsində də tanınııb. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. Lakin 2007-ci ilin martında parlamentdə dava ilə bağlı mandatdan məhrum edilib və həbs olunub. Bir müddət sonra həbsdən azad edilib. Bundan sonra Abdullayev iqtidara qarşı tənqidi çıxışları ilə yadda qalıb. Son aylarda isə onun bəstələdiyi “Susma” mahnısının klipində müxalifətin aksiyalarındakı zorakılıqlar əks olunub. Xalq susmamağa, haqqını tələb etməyə səslənib.

İyunun 25-də mahnını oxumuş “Şeron” qrupu klipin əleyhinə çıxdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG